Millət vəkilinin heç olmasa özünü müdafiə hüququ olmalıdır
08:59 24.10.2018
Arxiv
761
Tahir Kərimli deputatlıqdan məhrumetmə cəzasının sərt olduğunu düşünür
Deputatların cəzalandırılması ilə bağlı intizam tədbirlərinin tətbiqi qaydası dəyişdirilir. Bununla bağlı Milli Məclisin Daxili Nizamnaməsinin 47-ci maddəsinə (Parlamentdaxili məsuliyyətə cəlb olunan Milli Məclisin deputatına intizam tədbirlərinin tətbiqi qaydası) dəyişiklik təklif edilir.
Dəyişikliyə görə, Milli Məclisin Daxili Nizamnaməsinin 45-ci maddəsinin birinci hissəsinin birinci bəndində göstərilən əsas olduqda, Milli Məclisin, yaxud onun komitə və ya komissiyasının iclaslarına sədrlik edən tərəfindən Milli Məclisin deputatı barəsində xəbərdarlıq, söz kəsmə və ya iclas salonundan çıxarma intizam tədbiri tətbiq edilir. Yaxud töhmət intizam tədbirinin tətbiq edilməsi üçün İntizam Komissiyasına təqdimatla müraciət edilir.
Millət vəkili Tahir Kərimli isə "Şərq”ə açıqlamasında deputatlara qarşı cəzalandırma qaydasının olduqca sərt olduğunu deyib:
"Komitə üzvləri olaraq bu dəyişikliklərlə bağlı fikirlərimizi bildirmişik. Dəyişiklik edilən bir sıra müddəalarla razılaşmıram. Razılaşmadığım məqamları isə mətbuata bildirməyi uyğun bilmirəm, çünki müzakirələr yenə də davam edəcək. Bəlkə Komitənin özü bu məsələyə aydınlıq gətirər. Deputatların etik qaydaları pozduqda müəyyən xəbərdarlıqlar, zaldan çıxarılma və deputatlıqdan məhrum edilmə kimi cəzalandırma halları müəyyən olunub. Artıq referendum vasitəsilə Azərbaycan Respublikası Konstitusiyasına "Etik davranış qaydalarını pozmağa görə deputatlıqdan məhrum edilmə” maddəsi daxil edilib. Əlbəttə, bu halda deputat apelyasiya şikayəti edə bilər.
Ümumiyyətlə, dünyanın heç bir ölkəsində etik qaydanı pozduğuna görə deputatlıqdan məhrumetmə yoxdur. Ola bilməz ki, Mərkəzi Seçki Komissiyası (MSK) mahiyyəti üzrə məhkəmə funksiyasını yerinə yetirib kimisə deputatlıqdan azad etsin. Bu, deputatlıq statusunun mahiyyətinə uyğun gəlmir”.
T.Kərimli bildirib ki, plenar iclasda deputatın heç olmasa özünü müdafiə hüququ olmalıdır:
"Hətta cinayətkarın belə özünü müdafiə hüququ qanunla tənzim olunur. Deputatlıqdan məhrumetmə cəzasının sərt olduğunu düşünürəm. Məncə, cəza olaraq şiddətli töhmət verilməlidir. Millət vəkili 40 mindən çox seçicinin təmsilçisidir. Millət vəkili parlamentdə Azərbaycan xalqını təmsil edir. Necə ola bilər ki, MSK ilə onu birdəfəlik vəzifədən azad edirlər? Fikirlərimizi bildirmişik, təkliflərimizi vermişik. Deputatın qanunvericilik orqanı üzvü kimi yüksək statusu var. Onun vəzifədən məhrum edilməsi belə sadə və asan olmalı deyil”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin-Tramp-Cinpin görüşü hələ təsdiqlənməyib
14:12 28.10.2026
Gündəm
Paşinyan İranla sərhəd məsələsi üzrə işçi qrupu yaradıb
13:36 28.10.2026
Gündəm
Zelenski: Cinpin, Putin və Tramp dünyanı bölüşdürə bilməz
12:58 28.10.2026
Dünya
Fərman Qurbanlıya nazirlikdə yeni vəzifə verildi
12:55 28.10.2026
Cəmiyyət
DYP elektroskuter istifadəçilərinə müraciət edib
12:26 28.10.2026
Sosial
Yarım santım qocalmışam!
12:17 28.10.2026
Sağlamlıq
Zelenski Kiyevin qışa hazırlığını yetərsiz hesab edir
11:45 28.10.2026
Dünya
Bakıda faciə: 7-ci sinif şagirdi pəncərədən yıxılıb öldü
11:35 28.10.2026
Hadisə
“Maraqlar toqquşması haqqında” qanun layihəsi hazırlanıb
11:29 28.10.2026
Gündəm
Azərbaycan lideri Çex Respublikasının Prezidentini təbrik edib
11:10 28.10.2026
Gündəm
Türkiyə bayrağını və Atatürkü təhqir edən müəllim saxlanılıb
10:25 28.10.2026
Hadisə
Rusiya bir gecədə 531 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
09:57 28.10.2026
Dünya
Paşinyanın bəyanatı hakim partiyada narahatlıq yaradıb
09:46 28.10.2026
Gündəm
Qızıl və gümüş ucuzlaşmağa davam edir
09:41 28.10.2026
İqtisadiyyat
Akif Beybutov vəfat etdi - Foto
09:33 28.10.2026
Hadisə