Molla Pənah Vaqifin şerlərini başqurd alim tərcümə edib - FOTO

Molla Pənah Vaqifin şerlərini türk dünyasının tanınmış türkoloq alimi, tarix elmləri doktoru Əhəd Salihov tərcümə edərək , Başqırdıstanın dövlət qəzetində dərc edib. "Başkortostan” qəzeti bu il özünün 100 illik yubileyini qeyd edir. 
Sherg.azxəbər verir ki, Əhəd Salihov Molla Pənah Vaqifin şerləri və həyatl haqqında yazdığı giriş sözündə Qarabağın tarixi azərbaycan torpaqları olduğunu, Qarabağ xanlqrından və bəylərindən, Şuşa qalasından söhbət açıb. 
Şuşa qalasını Cavanşir bəyin inşa etddiyini də diqqətə çatdırıb. Məqalədə həmçinin Səməd Vurğunun "Vaqif” dramından da söhbət açılır.
Molal Pənah Vaqifin Əhət Salihovun tərcüməsindəki şerləri ruhumuzun, kökümüzün, yurdumuzun bir birinə nə qədər yaxın və bağlı olduğuna bir misaldır. 
Türk dünyasının klassiki Molla Pənah Vaqifin irsini öyrənib təqdir edən alim Əhət Salihov deyir ki, Azərbaycan ədəbiyyatı ona çox doğma və yaxındır. 
Gələcəkdə də ədəbiyyatımızın gözəl nümunləri ilə başqurd oxucuları tanış etmək fikrindədir.