Mübariz Qurbanlı Türkiyənin səfiri ilə görüşüb
12:56 03.08.2021
Arxiv
543
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı ilə görüşüb.
Komitədən APA-ya verilən məlumata görə, qardaş ölkənin səfirini Azərbaycandakı təyinatı münasibətilə təbrik edən Mübariz Qurbanlı hər sahədə yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə münasibətlərinin daim gücləndiyini, eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olan iki ölkənin xalqları arasında əlaqələrin daim inkişaf etdiyini diqqətə çatdırıb. O bildirib ki, Türkiyə-Azərbaycan arasında tarix boyu formalaşmış qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi, bütövlükdə türk-İslam dünyasının mədəni-mənəvi vəhdətinin qorunub saxlanılması və daha da inkişaf etdirilməsi yolunda iki ölkə hər zaman səy göstərib və göstərməkdə də davam edəcək.
Son günlər Türkiyənin bir sıra regionlarını əhatə edən yanğınlara görə dərin kədər və üzüntüsünü dilə gətirən M.Qurbanlı bu çətin günlərdə də Azərbaycanın qardaş Türkiyənin yanında olduğunu deyib, həlak olanların doğmalarına başsağlığı verib.
Komitə sədri 44 günlük Vətən müharibəsində qazandığı Zəfərdə - Azərbaycanın haqlı mübarizəsində də Türkiyənin həmişə olduğu kimi xalqımızı yalnız qoymayaraq bütün dünyaya Qarabağın Azərbaycanın əzəli torpaqları olduğunu, heç bir ölkənin Azərbaycana mane ola bilməyəcəyini bəyan etməsini, “bir millət, iki dövlət” prinsipinə sadiq olaraq müharibə dövründə həm mənəvi, həm də siyasi müstəvidə ölkəmizin yanında olmasını bildirib.
Eyni zamanda, görüş zamanı Dövlət Komitəsinin sədri dövlət-din münasibətləri, Konstitusiyada təsbit edilmiş vicdan azadlığı, ölkəmizdə hökm sürən tolerantlıq mühiti, ayrı-ayrı dinlər və konfessiyalar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətləri haqqında, eləcə də bu münasibətlərin tənzimlənməsi sahəsində fəaliyyət göstərən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi barədə məlumat verib.
Səfir də öz növbəsində Dövlət Komitəsinin sədrinə səmimi təbriki üçün təşəkkür edib. O, Azərbaycanla Türkiyə arasında qardaşlıq münasibətlərindən, bu əlaqələrin sağlam və davamlı inkişafından danışaraq bildirib ki, fəaliyyət göstərəcəyi müddət ərzində bu əlaqələrin daha da genişlənməsi üçün səylərini əsirgəməyəcək. Son günlər Türkiyədə baş verən meşə yanğınlarına toxunan Cahit Bağçı Türkiyənin güclü dövlət olduğunu və bu sınaqdan üzüağ çıxacağını, Azərbaycan dövlətinin yanğınların söndürülməsinə ilk günlərdən göstərdiyi dost və qardaş dəstəyinin təqdirəlayiq olduğunu vurğulayıb.
Səfir eyni zamanda, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və ölkələrimiz arasında tarixi Şuşa Bəyannaməsinin imzalanmasının əhəmiyyətinə toxunub.
Dövlət Komitəsinin fəaliyyəti barədə danışan səfir bu sahədə ikitərəfli əlaqələrin daha da genişlənəcəyinə əminliyini ifadə edib.
Görüşün sonunda səfirə Dövlət Komitəsinin nəşr etdirdiyi Azərbaycanın multikultural və milli-mənəvi dəyərlərindən bəhs edən kitablar hədiyyə edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya