Təhsil eksperti Nabatəli Qulamoğlu isə Sherg.az-a açıqlamasında müsahibədə iştirak edən müəllimlərin etirazlarının əsassız olduğunu deyib. Onun sözlərinə görə, müəllim eyni zamanda ziyalıdır. Ziyalı isə daxili və xarici siyasətlə bağlı ümumi bilgilərə bələd olmalıdır:
Müəllimlərin etirazı əsassızdır
09:54 21.08.2018
Arxiv
834
Ziyalı kəsim tək ixtisasını bilməməlidirDaxili və xarici siyasətlə bağlı ümumi bilgilərə bələd olmalıdır
Təhsil eksperti Nabatəli Qulamoğlu isə Sherg.az-a açıqlamasında müsahibədə iştirak edən müəllimlərin etirazlarının əsassız olduğunu deyib. Onun sözlərinə görə, müəllim eyni zamanda ziyalıdır. Ziyalı isə daxili və xarici siyasətlə bağlı ümumi bilgilərə bələd olmalıdır:
Müəllimlərin işə qəbul imtahanının müsahibə mərhələsi ilə bağlı fikir ayrılıqları var. Müsahibədə iştirak edən müəllimlərlə ekspertlərin fikirləri üst-üstə düşmür. Müəllimlər müsahibəyə həm dünyagörüşü, həm də nəzəri istiqamətdə hazırlaşıb, tarix, qan yaddaşı, ölkəmizin ərazisi haqda məlumatlar əldə etsələr də, onlara tamam başqa tip suallar verilib. Müsahibədə iştirak edən müəllimlər ixtisasdan kənar sualların verilməsini düzgün hesab etmir və bunu ekspertlərin bilərəkdən, çaşdırmaq üçün verildiyini deyib.
Qeyd edək ki, narazı tərəf tək müəllimlər deyil. Ekspertlərin də müəllimlərin dünyagörüşündən narazılığı var.
MİQ imtahanlarının fizika üzrə keçirilən müsahibə mərhələsində ekspert kimi iştirak edən fizika müəllimi Kəmalə Abıyevanın dediyinə görə, müəllimlər elmi tərəfi bilirlər. Sadəcə, mütaliə, dünyagörüşləri zəifdir. O, müsahibədə iştirak edəcək müəllimlərə öz tariximizi öyrənməyi tövsiyə edib: "Tarix haqda müəyyən şeyləri bilmirlər. Saytları izləsinlər ki, müsahibədə iştirak edən müəllimlərin təəssüratları barədə məlumatları olsun. Orada hansı mövzular əhatə olunduğundan agah olsunlar. Müəllimlərin mütaliə etməməsi məni çox narahat etdi. Söhbət fizikanın texniki fənn olmasından getmir. Universiteti neçə il əvvəl bitirən, bir müddət işləməyən müəllimlər var. Soruşuram ki, "axı neçə ildir işləmirsiz, evdə nə iş görürdünüz? Mütaliə etmisiniz?” Elə üzümə baxırlar. Hansısa ədəbiyyatı oxudum deyən olmadı. Axı bunlar tələbə olublar, boş zamanları çox olub. Fizika, riyaziyyat, yoxsa ədəbiyyat üzrə təhsil almalarının nə əhəmiyyəti var? Problem burdadır. Mütaliəni yalnız humanitar elmlərlə məşğul olanlar etməlidirlər deyə bir prinsip yoxdur. Bir insan müəllim olacaqsa, mütləq mütaliə etməlidir. Belə olduqda onun dünyagörüşü artır, şagirdə təsir gücü formalaşır. Bu məni çox narahat etdi. Elə fizika üzrə də "hansı Azərbaycan fiziklərini tanıyırsınız?” soruşduqda cavab verə bilməyənlər də oldu”.
Təhsil eksperti Nabatəli Qulamoğlu isə Sherg.az-a açıqlamasında müsahibədə iştirak edən müəllimlərin etirazlarının əsassız olduğunu deyib. Onun sözlərinə görə, müəllim eyni zamanda ziyalıdır. Ziyalı isə daxili və xarici siyasətlə bağlı ümumi bilgilərə bələd olmalıdır: "İmtahan üçün qaydalar, dövlət standartları var. Bu qaydalar isə Təhsil Nazirliyi tərəfindən müəyyən olunur və ondan kənara çıxmaq qanunsuzdur. Təhsil Nazirliyinin tərtib etdiyi sualların bir o qədər də çətin olmadığını düşünürəm. Düzdür, onların da test tərtibatı ideal deyil, amma hər halda DİM-in testləri kimi meşədə iynə axtarmağa ehtiyac qalmır. Onsuz da indiki reallıqda informasiyalar həddindən artıq çoxalıb. Çalışıb ən mühümlərini seçib onlara uyğun suallar tərtip etməliyik”.
Konkret olaraq müsahibə mərhələsində müəllimlərin dünyagörüşünü yoxlamaq üçün ixtisasdankənar, daxili və xarici siyasətlə bağlı sualların ünvanlanmasına gəldikdə isə N.Qulamoğlu bildirib ki, verilən suallar ümumi xarakterlidirsə, normaldır:
"Riyaziyyat müəllimi də, ədəbiyyat müəllimi də hər şeydən əvvəl bu ölkənin vətəndaşıdır, həm də ölkənin ziyalısı hesab olunur. Bu dünyada baş verən proseslərdən, dövlətlərarası münasibətlərdən bir müəllimin xəbəri yoxdursa, deməli, onun dünyagörüşündə müəyyən kəsirlər var. Bu gün hansı ölkənin hansı ölkə ilə müttəfiq və yaxud da "soyuq müharibə” münasibətində olduğunu çoban da bilir. Müəllim niyə bilməsin ki? Əgər hansısa müəllim tarix, qan yaddaşı, dövlətlərarası münasibətlə bağlı ümumi suallara cavab verə bilmirsə, bu onun "minus”udur”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm