Müğənninin qardaşı gənc yaşda öldü





Müğənni Rahidə Baxışovanın qardaşı dünyasını dəyişib. Lent.az-ın məlumatına görə, bu haqda aparıcı Lalə Əlimuxtarova xəbər yayıb. O bildirib ki, müğənninin qardaşı ağ ciyər xəstəliyindən vəfat edib: "Rahidə cavan qardaşını itirdi. Ağ ciyərində problem var idi. Yataq xəstəsi idi. Allah heç kimə ağır itki nəsib etməsin. Ayın 25-də 3 mərasimidir. Gəlmək istəyən mənimlə əlaqə saxlasın”.