“Muzeyimizin bir otağı “Cümhuriyyət otağı”dır”
11:20 11.01.2018
Arxiv
606
Akif Aşırlı: “Bizdə AXC dönəminə aid qiymətli sənədlər mövcuddur”
Ölkə başçısının cari ili "Cümhuriyyət ili” elan etməsi ictimaiyyət tərəfindən məmnunluqla qarşılanıb.
Maraqlıdır, bir müddət bundan öncə mətbuat tarixi muzeyi yaratmaqla möhtəşəm bir ilkə imza atan "Şərq” qəzetinin muzey-redaksiyasında Cümhuriyyət dönəmi, bu dövrün mətnuatı ilə bağlı nüsxələr mövcuddurmu? Həmin dövrə aid nümunələrin toplanması, onların çeşidinin artırılması istiqamətində daha əhatəli iş aparılmalıdırmı?
Moderator.az-a açıqlama verən "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı yaratdıqları muzeydə Cümhuriyyət dönəminə aid qiymətli nümunlərin olduğunu vurğulayıb:
"Bizim muzeydə o dövrə məxsus bir çox qiymətli sənədlər mövcuddur. Bizdə M.Ə.Rəsulzadəyə məxsus orijinal sənədlər, kitablar mövcuddur. AXC-ə aid M.Ə.Rəsulzadənin üç kitabı var. Biricisi "Rusiyada siyasi vəziyyət”dir. Bu kitab 1926-cı ildə İstanbulda nəşr olunub. Onun "Əsrimizin Səyavuşu” əsəri də 1928-ci ildə İstanbulda nəşr olunub. Bizdə "Nizami” kitabının da orijinalları qorunur. Muzeyimizdə "İstiqlal” qəzetinin də orijinalları nümayiş olunur.
Mirzə Bala Məhəmmədzadəyə məxsus bir neçə kitab və sənədlər də mövcuddur. "Yeni Qafqaziyyə” dərgisinin 1924-1925-ci illərə aid demək olar ki, bütün nüsxləri bizdədir. M.B.Məhəmmədzadənin 1928-ci ild İstanbulda nəşr edilən "Ermənilər və İran” kitabı da bizdə var. "Azərbaycan Misaqi Millisi” kitabının orijinalını da nümayiş etdiririk.
AXC-ə aid "Zənbur” dərgisi də bizdə vr. Hansı ki, bu dərgi 1919-cu ildə nəşr olunub. Bu dərginin 7 nüsxəsi bizdədir. 31 Mart soyqırmı ilə balı bizim mətbuat tariximizdə olmayan orijinal bir məktub da mövcuddur. Bu məktubu biz Türkiyədən əldə etmişik.
Redaksiyada bir otağımız ancaq "Cümhuriyyət otağı"dır. Siyasi yazarlarımız burda əyləşir. Burada Cümhuriyyətə aid şəkillər, fotolar, kitablar var. Onlar məhz Cümhuriyyət ab-havasında işləyir, yaradıcılıqla bu otaqda məşğul olurlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu gün Azərbaycanda Zəfər Günüdür
00:18 08.11.2026
Gündəm
Şuşanın işğaldan azad olunmasından 6 il ötür
00:04 08.11.2026
Gündəm
Ərdoğan ABŞ Prezidenti Trampla telefonla danışıb
22:55 07.11.2026
Gündəm
Adı üç dəfə dəyişdirilən Azərbaycan kəndi: Haqqıxlıdan qalan izlər
22:33 07.11.2026
Ölkə
Türkiyə Prezidenti sabah Azərbaycana gələcək
22:24 07.11.2026
Gündəm
Ərdoğan Trampla regional məsələləri müzakirə etdi
22:09 07.11.2026
Gündəm
Polşanın Krakov şəhərində atışma - 5 ölü, 10 yaralı var - YENİLƏNDİ
21:43 07.11.2026
Dünya
6 ildir Zəfərin Qüruru ilə yaşayırıq - VİDEO
21:38 07.11.2026
Gündəm
İsmail Balaban və İlayda Şekerin ikinci övladı dünyaya gəldi
21:30 07.11.2026
Şou
Fransada etiraz aksiyası: Dronlar, helikopterlər cəlb olundu
21:06 07.11.2026
Dünya
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
20:40 07.11.2026
Gündəm
ABŞ Xəzər dənizində İranın qarşısını belə alacaq
20:24 07.11.2026
Dünya
Oskar mükafatlı rejissor evində ölü tapıldı
20:11 07.11.2026
Hadisə
8 nəfəri öldürən şəxsin silahı 12 min lirəyə aldığı məlum olub
20:03 07.11.2026
Hadisə