Naxçıvan xüsusi təyinatlıları taktiki təlim keçiriblər
10:50 05.08.2021
Arxiv
533
“Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən keçirilən xüsusi taktiki təlimin mövzusu mülki əhali arasında çaxnaşma yaratmağa və təxribat törətməyə hazırlaşan şərti düşmənin təxribat-diversiya qrupunun gizləndikləri binada zərərsizləşdirilməsi olub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayevin və Türkiyə Silahlı Qüvvələri mənsublarının izlədikləri təlimdə şəxsi heyətin praktiki vərdişləri və binalarda döyüş əməliyyatlarının aparılması bacarıqları yoxlanılıb.
Əldə edilmiş kəşfiyyat məlumatına əsasən təxribatçı qruplar yaşayış məntəqələrinə yaxın ərazidəki tərk edilmiş binada gizləniblər.
Şərti düşmənin təxribat cəhdlərinin qarşısının alınması məqsədilə xüsusi təyinatlı qruplar fərqli istiqamətlərdən və helikopterlərlə terrorçuların gizləndikləri binaya daxil olaraq müxtəlif atəş vasitələrindən istifadə etməklə təxribatçıları zərərsizləşdiriblər.
Təlimin ssenarisinə əsasən Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları şərti düşmənin təxribat-diversiya qrupunu zərərsizləşdirmək üçün antiterror əməliyyatları zamanı binalarda yaxın məsafədə döyüş elementlərini yerinə yetiriblər.
Təlimin gedişində antiterror əməliyyatlarının icrası zamanı yaralanan hərbi qulluqçulara çevik şəkildə tibbi yardım göstərilib və yaralıların təxliyyəsi həyata keçirilib.
Şərti düşmənin təxribat cəhdinin qarşısını alan xüsusi təyinatlı qruplar müxtəlif silah nümunələrini ələ keçirib və təxribatçıların bir neçəsini əsir götürüblər.
Beləliklə də, diversiya-təxribat fəaliyyətlərinin qarşısını alan xüsusi təyinatlılarımız təxribatçıları tam tərkibdə zərərsizləşdirməklə təlimdə qarşıya qoyulmuş məqsədlərə nail olublar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə