Nazirlik: Bəzi özəl tibb müəssisələrində rəsmi maaşı 130 manat olan həkimlər əslində 10 minlərlə manat alır
09:30 13.12.2018
Arxiv
519
Bəzi özəl tibb müəssisələrində yüksək vergidən yayınma risklərinin olduğu müəyyən edilib. Trend-in məlumatına görə, bunu Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin baş direktoru Xəqani İsgəndərov deyib.
X.İsgəndərov bildirib ki, Vergilər Nazirliyi cari ilin may-iyun aylarında pullu səhiyyə xidmətləri göstərən bir sıra iri müəssisələrin rəhbərlərini vergi orqanlarına dəvət edərək görüşlər keçirib, qanunvericiliyin tələblərini, həmçinin fəaliyyətin şəffaflaşdırılması tələbləri ətraflı şəkildə izah edilib. Keçirilmiş görüşlərə baxmayaraq, aparılan təhlillər əsasında ötən dövr ərzində bu müəssisələrin əksəriyyətində dövriyyələrin artması müşahidə olunmayıb:
"Mövcud rəqəmsal texnologiyalardan istifadə edilməklə bəyannamələrin və əlaqəli məlumatların geniş təhlili nəticəsində həmin müəssisələrdə yüksək vergidən yayınma risklərinin olduğu müəyyən edilib. Göstərilənləri nəzərə alaraq, Vergilər Nazirliyi noyabr ayında özəl tibb müəssisələrində vergi nəzarəti tədbirləri həyata keçirib. Aparılan tədbirlər zamanı vergidən yayınma halları, lisenziyalaşdırma məsələləri ilə bağlı qanunvericiliyin tələblərinə əməl edilməsi məsələləri araşdırılıb, əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması, əmək müqavilələrinin bağlanması vəziyyəti yoxlanılıb. Eyni zamanda, müəssisələrin real dövriyyələrinin müəyyənləşdirilməsi üçün xronometraj metodu ilə müşahidələr aparılıb. Vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş qara mühasibatlıq sənədləri və elektron fayllar əsasında yayındırılmış dövriyyə məbləğləri və ödənilmiş real əməkhaqqı məbləğləri müəyyənləşdirilib".
Departament rəhbəri qeyd edib ki, ilkin araşdırmalar zamanı özəl tibb müəssisələrinin 77%-də əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmaması, 51%-də əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin işə cəlb edilməsi, 61%-də pul vəsaitinin uçota alınmaması hallarına rast gəlinib:
"Xronometraj metodu ilə müşahidə yekunlaşdırılmış obyektlər üzrə 2018-ci ilin 9 ayı üzrə cari bəyannamədə göstərilən orta günlük dövriyyə məbləği 2,4 dəfədən çox artıb. Əldə edilmiş sənədlər üzrə aparılmış təhlillər zamanı əvvəlki dövriyyələrin 3.2 dəfə və ya təxminən 231 milyon manata yaxın gizlədildiyi aşkar edilib. Əməkhaqqı üzrə ödəmələrin yayındırılması halları müəyyən edilmiş 22 vergi ödəyicisi üzrə 2018-ci ilin 9 ayında bəyannamələrdəki məbləğlərinin real göstəricilərə nisbətən 7.6 dəfə az əks olunduğu müəyyən edilib".
Onun sözlərinə görə, bəzi özəl tibb müəssisələrinin rəsmi sənədlərində həkimlərə verilən aylıq əməkhaqqı məbləği 130-490 manat göstərilməsinə baxmayaraq, bu məbləğin bir sıra hallarda on minlərlə manat arası olduğu təsdiqini tapıb:
"Bundan başqa, xəstəxanalardan müayinə üçün göndərilən həkimlərə xəstə tərəfindən ödənilən məbləğlərdən müəyyən faiz şəklində vəsaitlərin ödənildiyi halları da öz təsdiqini tapıb. Bəzi klinikalarda tanınmış həkimlərin gəlirləri əməliyyatdan daxil olmuş məbləğlərin 50-70%-ini əhatə etdiyi aşkar edilib. Aparılan yoxlamalar özəl tibb müəssisələrində qeyri-rəsmi əməkhaqlarının geniş tətbiq edilməsini bir daha təsdiq edib".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyandan Zaxarovaya cavab: Bunu haradan çıxardılar?
15:35 03.09.2026
Dünya
İranın danışıqlara qayıtması üçün ABŞ-yə dörd şərti var
15:14 03.09.2026
Gündəm
Rayonlarda kommunal xidmətlər ucuzlaşa bilərmi? - VACİB AÇIQLAMA
14:41 03.09.2026
Sosial
Paşinyan: Kərkidə ermənilər yaşasa da Ermənistan ərazisi deyil
14:05 03.09.2026
Gündəm
Alen Simonyan Azərbaycana səfər edəcək
13:48 03.09.2026
Gündəm
Davudoğluna Ərdoğanı təhqir ittihamı ilə cinayət işi açıldı
13:48 03.09.2026
Dünya
Son beş ildə ANAMA-ya 60-dan çox minaaxtaran it bağışlanılıb
13:44 03.09.2026
Aktual
İranda qırılma nöqtəsi yaxınlaşır - İsmail Cingözdən ŞƏRH
13:14 03.09.2026
Gündəm
Əməkdar artist Züleyxa Hacıyeva ilə vida mərasimi keçirilir
12:39 03.09.2026
Mədəniyyət
Sabah hava yağmursuz keçəcək
12:38 03.09.2026
Ekologiya
Publisistika tariximiz fundamental araşdırma formatında
12:34 03.09.2026
Media
Putin: Ukrayna münaqişəsinin həlli üçün şans var
12:30 03.09.2026
Gündəm
Ermənistana 989 ton olan dizel göndərildi
12:07 03.09.2026
Region
Lavrov: Tezliklə Ermənistan və Serbiyanın bu istəyi yox olacaq
11:46 03.09.2026
Dünya