Neft ölkələri yığışıb ÇARƏ TAPDILAR : İxracat azalsa, qiymət qalxacaq" - Neft bahalaşır




Neft ixrac edən ölkələr neft bazarına çıxaracaqları neftin kəmiyyətini azaldacaqlar. 

Sherg.az "fr. euronews.com" saytına istinadən xəbər verir ki, bu barədə bu gün neft ixrac edən ölkə təmsilçiləri Rusiyanın Sank - Peterburq şəhərində keçirilən toplantıda razılıq əldə ediblər. Həmin görüşdə başda Rusiya olmaqla, Nigeriya, Səüdiyyə Ərəbistan və digər iri neft ölkələrindən nümayəndələr iştirak edib. Məqsəd isə neftin  ucuzlaşmasının qarşısını almaq olub.  

Səüdiyyə Ərəbistanın enerji naziri Xalid Əl Faleh qeyd edib ki, bu yol neftin ucuzlaşmasının qarşısını almaq üçün yeganə vasitədir. Çünki artıq bir neçə həftədir ki, neftin qiyməti 50 dollardan aşağıdır: 

"Bunu nəzər alaraq istehsalı azaldanda tələbat çoxalcaq və bu yolla neftin qiymətinin bahalaşmasına nail ola biləcəyik. Sankt- Peterburqdakı danışıqlarda da  bu məsələlər ətrafında müzakirələr apardıq. Digər neft ölkələri də bu təşəbbüsü alqışladı"


Rusiyanın energetika nazir Alkesandr Novak da qeyd edib ki, ABŞ bu təşəbbüsdən kənarda qalıb: 

"Zamanla Vaşinqton da bizə qoşulacaq.  İnanıram ki, bu cəhdimiz dünya bazarında neftin qiymətinin stabilləşməsinə gətirib çıxaracaq". 

Tərcümə etdi: Ayyət ƏHMƏD