Neftə tələbat nə zaman azalacaq? - AÇIQLAMA
06:34 26.12.2020
Arxiv
404
2035-ci ilə qədər neftə təlabat azalmayacaq.
Oxu.Az-ın məlumatına görə, bunu SOCAR-ın Türkiyədəki törəmə şirkəti “SOCAR Türkiyə Enerji”nin STAR Neft Emalı Zavodu ve “Petkim Petrokimya Holdinq”in Baş direktoru Anar Məmmədov deyib:
“Bu məsələdə fərqli şirkətlərin və agentliklərin müxtəlif proqnozları var. Biz belə düşünürük ki, 2035-ci ilə qədər neftə təlabat azalmayacaq. 2035-ci ildə stabilləşəcək və bir neçə il bu təlabat stabil şəkildə davam edəcək.
Bundan sonra isə proqnoz vermək çətindi və buna təsir edən bir çox amil var. Sadəcə elektrik mühərriki ilə işləyən maşınlar deyil, həm də enerji mənbələri, dünya nüfuzunun artması və s. kimi səbəblər var. Ona görə də, neft nöqteyi-nəzərindən biz 2035-in sonrasına planlarımızı qurmuruq”.
Pandemiya ilə əlaqədar STAR Neft Emalı Zavodunda istehsalın azalmadığını, sadəcə məhsul istehsalında dəyişiklik həyata keçirildiyini bildirən direktor əlavə edib ki, bunun əsas səbəbi aviasiya uçuşlarının sayının ciddi şəkildə azalmasıdır:
“Türkiyədə bu hardasa sıfıra düşməyə başladı. Bizim istehsal etdiyimiz aviasiya yanacağına həm Türkiyədə, həm də Türkiyədən kənarda təlabat ciddi şəkildə azalıb. STAR NEZ-in əsas xüsusiyyəti isə onun əməliyyat elastikliyinin olmasıdır. Biz məhsullar arasında transfer edə bilirik. Biz istehsal həcmini azaltmadan aviasiya yanacağının yerinə eyni həcmdə dizel istehsal etməyə başladıq. Dizel isə Türkiyədə ən çox tələb edilən məhsuldur. Pandemiya dövründə də biz bu bazarda yeddi faizədək azalma gördük. Lakin bazar o qədər böyükdür ki, bu fərq hiss edilmədi”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Şərurda ər arvadını qətlə yetirib
00:14 01.08.2026
Hadisə
Yaponiya baş naziri Azərbaycana buna görə təşəkkür etdi
23:57 31.07.2026
Siyasət
Tramp: İrana çox ağır zərbə vuracağıq
23:36 31.07.2026
Gündəm
Türkiyədə daha bir bələdiyyə sədri həbs edilib
23:13 31.07.2026
Dünya
İran çox pis vəziyyətdədir - Tramp
22:30 31.07.2026
Gündəm
Tramp İspaniyada baş verənləri fəlakət və işğal adlandırıb
21:40 31.07.2026
Dünya
ABŞ Çinin daha 43 şirkətinin idxalına qadağa qoydu
20:51 31.07.2026
Dünya
"Turan Tovuz" Türkiyə klubuna qalib gəldi
20:40 31.07.2026
Futbol
Samir Şərifova yeni vəzifə verildi
20:29 31.07.2026
Siyasət
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
20:20 31.07.2026
Rəsmi
Qəzzanın kölgəsi Seutaya düşdü: İspaniyada İsrail izi axtarılır
19:46 31.07.2026
Gündəm
Bakıda bu dahilərimizin heykəlləri var - ARAŞDIRMA
19:27 31.07.2026
Mədəniyyət
Rusiyada azərbaycanlı bloqerin həbsi tələb olunub
19:25 31.07.2026
Dünya
Rusiya Müdafiə Nazirliyi: Odessa limanına zərbələr endirilib
19:02 31.07.2026
Dünya
Rusiya səfiri Polşa XİN-ə çağırılıb
18:44 31.07.2026
Dünya