Notariuslar üçün yeni öhdəlik müəyyənləşdi
16:25 29.03.2019
Arxiv
615
Azərbaycanda notariuslar üçün yeni öhdəlik müəyyənləşib.
ONA-nın məlumatına görə, bu, Ədliyyə Nazirliyinin Kollegiyasının təsdiq etdiyi "Notariusun etik davranış Kodeksi”ndə dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, ntarius Azərbaycan Notariat Palatasının Ümumi yığıncağında, iclaslarında, təşkil etdiyi təcrübə mübadiləsi, təlim-tədris və digər tədbirlərdə iştirak etməli, qərarları icra etməli, üzvlük haqqını və qanunla müəyyən edilən digər məcburi ödənişləri verməlidir.
Qeyd edək ki, Notariat Palatasının yaradılması "Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 22 dekaör 2018-ci il tarixli qanunda nəzərdə tutulub. Notariat Palatası (notariat xidmətinin inkişafı və təkmilləşdirilməsi məqsədilə, notariusların məcburi üzvlüyü əsasında yaradılan, fəaliyyətini özünüidarəetmə prinsipi üzrə həyata keçirən qeyri-kommersiya hüquqi şəxsdir. Palatanın möhürü, emblemi, bank hesabı, müvafiq ştampları və blankları var. Palata bu qanun və nizamnaməsi əsasında fəaliyyət göstərir.
Nizamnamə Palatanın Ümumi yığıncağında qəbul edilir və müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınır.
Palatanın idarə olunması qaydası onun nizamnaməsi ilə müəyyən edilir.
Palatanın aşağıdakı səlahiyyətləri vardır:
- müvafiq icra hakimiyyəti orqanına notariat fəaliyyətinin səmərəli təşkilində yardım etmək;
- notariusların peşə hazırlığının artırılması məqsədilə təlimlərin və notarius olmaq istəyən şəxslərin hazırlığının təşkilində iştirak etmək;
- notariat təcrübəsinin formalaşdırılması üçün notariat hərəkətləri üzrə ümumiləşdirmələr aparmaq;
- notariat fəaliyyətini tənzimləyən normativ hüquqi aktların təkmilləşdirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanına təkliflər vermək;
- digər ölkələrin notariusları, həmçinin beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək.
Müvafiq icra hakimiyyəti orqanı Palatanın üzvünü notariat fəaliyyətinin yoxlanılmasına cəlb edə bilər. Palatanın üzvləri üçün üzvlük haqqının məbləği, bu məbləğin ödənilməsi müddəti və qaydaları Palatanın nizamnaməsi ilə müəyyən olunur. Palata müvafiq icra hakimiyyəti orqanına illik hesabat verir.
Müvafiq icra hakimiyyəti orqanının rəhbəri Palatanın qanunvericiliyə zidd qərarına düzəliş edilməsini tövsiyə edə bilər. Palata notariusların beynəlxalq təşkilatlarına üzv ola bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bazara “Xırçıldayan ləzzət” gəlir
17:03 20.05.2026
İqtisadiyyat
WUF13-ə onlayn qeydiyyat bərpa edilib
16:44 20.05.2026
Cəmiyyət
“Sədaqətin Sükutu” layihəsinin hazırlıq mərhələsi başlayıb
16:42 20.05.2026
Ölkə
Şagirdlərin elektron yerdəyişməsi müvəqqəti dayandırılacaq
16:34 20.05.2026
Elm və Təhsil
“CHP haramın sığınacağı ola bilməz” - Kılıçdaroğludan sərt mesaj
16:26 20.05.2026
Gündəm
Su çəkildikcə dərələrdə qram-qram qızıl yığırlar
16:20 20.05.2026
Maraqlı
İtlərdə ağız qoxusuna qarşı inqilabi kəşf - Alimlər tapdı
16:14 20.05.2026
Sağlamlıq
Azərbaycan şəhərsalmada Çin modelindən öyrənməlidir - Professor
16:02 20.05.2026
Aktual
Rusiya MN: Ukraynanın son sutkada 780 PUA-sı vurulub
15:53 20.05.2026
Dünya
"Arsenal"ın 16 yaşlı futbolçusu tarix yazdı
15:19 20.05.2026
Futbol
Moskva və Pekin “Qızıl Günbəz” layihəsini tənqid edib
15:15 20.05.2026
Dünya
Minimum tarif Bakı-Tbilisi marşrutu üçün 81 manatdır
15:07 20.05.2026
Aktual