Novxanıda bir nəfər dənizdə batdı





Novxanı çimərliyində bir nəfər dənizdə batıb. Fövqəladə Hallar Nazirliyinin  məlumatına görə, Abşeron rayonu, Novxanı kəndində dənizdə batmış 1996-ci il təvəllüdlü Əhmədov Ülvi Pənah oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 16:30-də başa çatıb.