Nur-Sultan şəhərində ağır yol qəzası baş verib




Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində ağır yol qəzası baş verib.
AZƏRTAC xəbər verir ki, üç sərnişin avtobusunun toqquşması nəticəsində iki nəfər həlak olub, 27 nəfər yaralanıb.

Hadisəyə sürücülərdən birinin avtobusa nəzarəti itirməsi səbəb olub.

Faktla bağlı araşdırma aparılır.