Ölümdən döndü: 11 gündür xəstəxanadadır

Uşaqların yıxıla-yıxıla böyüməsi normaldır, ancaq yaralanmaların ciddiliyinə görə tədbir alınması lazımdır. Çox təəssüf ki, həkimlər belə ölümcül ola biləcək problemləri görmürlər.
4 yaşlı uşaq, gözünün üstündə yaranan kəsik üzündən ölümdən döndü. Rhys Pritchard adlı uşaq evinin bağçasında oynayarkən yıxılaraq başını vurub. "Daily Mail”də nəşr olunan xəbərə görə, anası dərhal xəstəxanaya apardı və həkimlər gözünün üstündə açılan yerə tikiş atdıqdan sonra uşağı evə göndərdi.
Ancaq bir neçə saat sonra Rhysin gözləri şişməyə başladı. Göz qapaqları mayeylə dolan uşağın qaşları o qədər şişdi ki, gözlərini aça bilmədi. Rhys bir tərəfdən də qusurdu. Təlaşlı ana oğulunu dərhal xəstəxanaya yetişdirdi. Rhysə ət yeyən bakteriya olaraq bilinən nekrotizan fasiitis diaqnozu qoyulub.
Nəysə ki erkən diaqnoz həyatını qurtardı. Bir az keç fərq edilsəydi ölümcül bakteriya 4 yaşılı uşağın ölümünə səbəb ola bilərdi. 11 gün xəstəxanada yatan Rhysin vəziyyəti hələlik yaxşıdır.