Özünü 7-ci mərtəbədən atan 22 yaşlı nişanlı qızın intiharı ilə bağlı YENİ XƏBƏR




Aprelin 23-də gecə saatlarında özünü yaşadıqları binanın 7-ci mərtəbəsindən atan Firuzənin Dadaşova ilə bağlı cinayət işindən yeni xəbər var. Bu gənc qızın intihar etməsində onun işlədiyi "R- studio” gözəllik salonunun müdirəsi Rühiyyə Həsənova prokurorluğa çağırılıb. Bununla bağlı Lent.az-a R.Həsənovanın özü məlumat verib.

Qeyd edək ki, siması Azərbaycanın tanınmış müğənnisi Könül Kərimova olan "R- studio” gözəllik salonunun qeydiyyat şöbəsində işləyən mərhum Firuzə Dadaşovanın salon rəhbərinə 850 manat borcu olduğu bildirilir. Və qızın ailəsi bu intihar hadisəsində salonun müdirəsini ittiham edir. Ananın sözlərinə görə, R.Həsənova borca görə, qızını hədələyirmiş, polisə verəcəyi ilə qorxudurmuş.