
Pakistan vətəndaşının evini yardılar - Sabunçuda+ Foto
11:58 21.08.2018
Arxiv
640
Sabunçu rayonunda yaşayan Pakistan vətəndaşı olan bir qadın evindən naməlum şəraitdə 3400 manat, 5000 ABŞ dolları, 90000 Pakistan rupisi və 10000 manat dəyərində qızıl əşyalar oğurlandığı barədə 12-ci Polis Şöbəsinə məlumat verib. Şöbəyə məlumat daxil olan kimi zərərçəkənin izahatı alınıb və dərhal cinayəti törətməkdə şübhəli bilinən şəxsin axtarışlarına başlanılıb.
"Sherg.az" xəbər verir ki, polis əməkdaşları tərəfindən həyata keçirilən uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Qurban Məhərrəmov saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, Q.Məhərrəmov zərərçəkənin qonşuluğunda yerləşən məhəllədə yaşayır. Bu səbəbdən o, ev sahibinin mənzilə gəlib-getmə vaxtını əvvəlcədən bilib. Hadisə günü saxlanılan şəxs zərərçəkənin evdə olmadığına əmin olandan sonra oğurluq məqsədi ilə mənzilə daxil olub.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır. Saxlanılan şəxsin əməllərindən zərərçəkən başqa şəxslər varsa, Daxili İşlər Nazirliyinin "102” Zəng Mərkəzinə və ya Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə məlumat verə bilərlər.

Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə