Parlamentin növbəti iclasının vaxtı məlum oldu
17:48 25.03.2019
Arxiv
558
Milli Məclisin (MM) növbəti plenar iclası martın 29-da keçiriləcək. İclasın gündəliyinə 26 məsələ daxildir. İclasda bir çox qanunlara dəyişiklik nəzərdə tutulub. İclasda ilk öncə "Azərbaycan Respublikasının Milli Məclisinin İnsan hüquqları komitəsinin üzvünün seçilməsi haqqında” qanun layihəsi müzakirə olunacaq.
Yəni millət vəkili, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Naqif Həmzəyevin adıçəkilən komitəyə üzv seçilməsi məsələsinə baxılacaq və onun üzvlüyü təsdiqlənəcək.
Sonra "Ümumi təhsil haqqında” yeni qanun layihəsi müzakirə ediləcək ki, bu da sözügedən sənədin sonuncu - üçüncü oxunuşu olacaq. Qanun layihəsi geniş müzakirələr açılmadan səsverməyə çıxarılacaq və bütövlükdə qəbul olunacaq.
Bununla yanaşı, iclasda "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019) yubiley medalının təsis edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi məsələsinə baxılacaq. Qanun layihəsi ikinci oxunuşda müzakirə olunacaq.
İclasda İnzibati Xətalar Məcəlləsinə, Mülki Prosessual Məcəlləyə, "Sığorta fəaliyyəti haqqında” qanuna, Cinayət Məcəlləsinə, "Telekommunikasiya haqqında” qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihələri üçüncü oxunuşda müzakirə ediləcək.
Bundan başqa, iclasda Azərbaycan Respublikasının Prezidenti və Belarus Respublikasının Prezidentinin birgə bəyanatının təsdiq edilməsi gözlənilir.
İclasda daha sonra "Hesablama Palatası haqqında”, "Banklar haqqında”, "Konstitusiya Məhkəməsi haqqında”, "Daşınmaz əmlakın dövlət reyestri haqqında”, "Dövlət rüsumu haqqında”, "Təhsil haqqında” və "Peşə təhsili haqqında” qanunlara, eyni zamanda, Vergi və Əmək məcəllələrinə dəyişikliklər nəzərdə tutulur.
Qeyd edək ki, Vergi Məcəlləsinə dəyişiklik layihəsində buğda emalı müəssisələrinin səmərəli fəaliyyətinin təmin olunması məqsədilə kəpək istehsalı və satışının 2019-cu ilin martın 1-dən iki il müddətinə əlavə dəyər vergisindən azad edilməsi və hazırda buğdanın idxalı və satışı, buğda ununun, çörəyin istehsalı və satışına tətbiq olunan güzəştin əlavə olaraq daha bir il uzadılması nəzərdə tutulur.
MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsi tərəfindən birinci oxunuşa tövsiyə olunan "Mediasiya haqqında” yeni qanun layihəsi də müzakirələrdən keçiriləcək.
Qanun layihəsinə görə, mediasiya - tərəflər arasında yaranmış ailə, əmək, iqtisadi və s. xarakterli mübahisənin mediatorun vasitəçiliyi ilə qarşılıqlı razılıq əsasında həllinə yönəlmiş prosesdir.
Yəni "Mediasiya haqqında” qanun bu prosesin təşkili sahəsində ictimai münasibətləri tənzimləyəcək, mediasiyanın məqsəd və prinsiplərini, həyata keçirilmə qaydalarını, mediatorun statusunu müəyyənləşdirəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm
Bu şəxslər də hərbi xidmətə çağırılacaq
18:45 24.08.2026
Aktual
Universitetlərə qəbul imtahanlarının nəticələri - Açıqlandı
18:44 24.08.2026
Elm və Təhsil
Bakının bir sıra yollarında sıxlıq var - SİYAHI
18:41 24.08.2026
İnfrastruktur
Rusiya və Ermənistanı sərt ayrılıq gözləyir - Politoloq Atayev
18:38 24.08.2026
Gündəm
Bu il 44 min uşaq bağçalara qəbul olunub
18:14 24.08.2026
Elm və Təhsil
Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub
18:12 24.08.2026
Aktual
Rusiyadan açıq hədə: Növbədə bu ölkələrdir
18:10 24.08.2026
Dünya
Baş nazir: Ermənistan bundan sonra diaspordan yardım istəməyəcək
18:01 24.08.2026
Region