"Paşinyan münaqişənin həlli mexanizmlərini müzakirə etməkdən yayınır, çünki..." - Şərh
12:35 30.03.2019
Arxiv
419
"...üzərinə məsuliyyət götürmək istəmir"
"Vyana görüşü arxada qaldı. Həmsədrlər il ərzində növbəti görüşün hazırlıqlarına başlayacaqlar".
Bunu "Sherg.az"a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
Analitik bildirib ki, həmsədrlərin hazırda başlıca məqsədi isti aylarda hərbi toqquşmanın qarşısını almaqdır:
"Bu məsələdə Nikol Paşinyan həmsədrlərlə həmrəydir. Paşinyan Vyanada Azərbaycan prezidenti ilə görüşdən sonra erməni diaspor nümayəndələri ilə görüşdü. Paşinyanın verdiyi açıqlamadan bu qənaətə gəlirəm ki, Ermənistanın baş naziri əvvəlkitək danışıqlarda münaqişənin həlli mexanizmlərini müzakirə etməkdən yayınır, çünki üzərinə məsuliyyət götürmək istəmir. O danışıqlarda əsasən "mövcud durumu necə qoruyaq”, "necə edək ki, atəşkəs pozulmasın” kimi bəndlər ətrafında müzakirə aparmaq istəyir. Bu danışıqların sıfır nöqtəsinə qayıdışdır. Bizi bu bəndlər maraqlandırmır və maraqlandırmamalıdır. Biz prinsipial – "Dağlıq Qarabağ ətrafındakı rayonlar nə zaman boşaldılacaq?”, "qaçqınların geri qayıtması müddəti nə qədər çəkəcək?” və sair bəndlərin müzakirəsində maraqlıyıq. Belə anladım ki, Vyanada bu bəndlər müzakirə olunmayıb. Bunu proqnozlaşdırmaq çətin deyildi".
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan şəhərsalmada Çin modelindən öyrənməlidir - Professor
16:02 20.05.2026
Aktual
Rusiya MN: Ukraynanın son sutkada 780 PUA-sı vurulub
15:53 20.05.2026
Dünya
"Arsenal"ın 16 yaşlı futbolçusu tarix yazdı
15:19 20.05.2026
Futbol
Moskva və Pekin “Qızıl Günbəz” layihəsini tənqid edib
15:15 20.05.2026
Dünya
Minimum tarif Bakı-Tbilisi marşrutu üçün 81 manatdır
15:07 20.05.2026
Aktual
Azərbaycanda bu sahədə 3 qadın çalışır
14:38 20.05.2026
Cəmiyyət
“Ermənistan-Rusiya gərginliyi süni yaradılıb” - Tofiq Zülfüqarov
14:34 20.05.2026
Region
Bakıda üç gölün tullantılardan təmizlənməsi nəzərdə tutulur
13:36 20.05.2026
Gündəm
Noyerin DÇ-2026-da iştirakı ilə bağlı qərar sabah veriləcək
13:15 20.05.2026
Futbol
“Bakcell”in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
13:10 20.05.2026
Ölkə