Paşinyanın qəfil Qarabağ səfəri: Nədən qorxur?






Ermənistanın baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın Qarabağa gözlənilməz gəlişini bir neçə apektdən yanaşa bilərik.

Bu barədə Axar.az-a politoloq Ehtiram Aşırlı bir neçə saat öncə Paşinyanın Qarabağa gəlişini şərh edərkən detib. Politoloq bildirib ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin Ermənistana səfərindən dərhal sonra Paşinyanın Qarabağa gəlişi Bako Saakyanla məsləhətləşmə də ola bilər:

"İkinci məqam da istisna deyil. Belə ki, bu gün N.Paşinyanın namizədliyi razılaşdırıldığı kimi ikinci dəfə parlamentdə təsdiqlənmədi və parlament özünü buraxdı. Artıq növbədənkənar seçkilərin 9 dekabrda keçiriləcəyi barədə prezident sərəncamı da imzalandı. Mümkündür ki, seçki keçirməyə nail olan Paşinyan Qarabağda tam sakitlik olmasını istəyir. Çünki məhz bu ərəfədə ən təhlükəli məqam Qarabağ klanının hərbi təxribatı ola bilər. Əgər hələ də ordu daxilində müəyyən nüfuzunu qoruyan Sərkisyan cəbhədə təxribat yaradarsa və Azərbaycan Ordusunun ağır zərbəsi qaçılmaz olarsa, bu, Paşinyanın seçkidə çox ciddi səs itirməsinə və ümumiyyətlə, uduzmasına da gətirib çıxara bilər. Ona görə paşinyanın Qarabağa gecə gəlişinin səbəbləri sırasında bu versiya üstünlük təşkil edir”.