Pərviz Şahbazovun rəhbərliyi ilə nümayəndə heyəti Türkmənistanda olub
11:30 29.07.2021
Arxiv
392
Energetika naziri Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyəti “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi üzrə tərəflər arasında əməkdaşlığı tənzimləyəcək Hökumətlərarası Sazişin layihəsinin hazırlanması və razılaşdırılması məqsədilə yaradılmış Birgə İşçi Qrupunun üçüncü iclası çərçivəsində Türkmənistanda səfərdə olub.
Bu barədə “Report”a Nazirlikdən bildirilib.
Məlumata görə, “Dostluq” yatağı üzrə Birgə İşçi Qrupunun 3-cü iclası Aşqabad şəhərində P.Şahbazov və Türkmənistanın dövlət naziri, “Türkmənqaz” Dövlət Konserninin sədri Batır Amanovun həmsədrliyi ilə keçirilib. İclasda Hökumətlərarası Əməkdaşlıq haqqında Saziş layihəsi üzrə görülmüş işlər nəzərdən keçirilib və növbəti addımlar müəyyənləşdirilib.
Xatırladaq ki, “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” Anlaşma Memorandumu bu il yanvarın 21-də imzalanıb. “Dostluq” yatağı üzrə əməkdaşlığa dair Hökumətlərarası Saziş layihəsinin hazırlanması və razılaşdırılması məqsədilə Azərbaycan tərəfindən İşçi Qrupu isə ölkə prezidentinin 25 fevral 2021-ci il tarixli sərəncamı ilə yaradılıb. İndiyə kimi Birgə İşçi Qrupunun üç, İşçi Qrupu nəzdində yaradılmış Birgə Ekspertlər Qrupunun isə 4 iclası keçirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kürd siyasətçi İraqın yeni prezidenti seçilib
19:17 11.04.2026
Dünya
Türkiyədə 4,8 bal gücündə zəlzələ olub
18:50 11.04.2026
Hadisə
17 yaşlı şübhəli üçün 126 ilə qədər həbs istənilir
17:56 11.04.2026
Hadisə
Abşeronda ölüm hadisəsi baş verdi
17:51 11.04.2026
Hadisə
Ağdamda tikintidə ölüm hadisəsi baş verib
17:25 11.04.2026
Hadisə
Tərtərdə kanalda batan 7 yaşlı uşağın meyiti tapılıb - YENİLƏNİB
17:23 11.04.2026
Hadisə
ABŞ-İran danışıqları başladı - YENİLƏNDİ
17:19 11.04.2026
Dünya
Güclü külək əsəcək - XƏBƏRDARLIQ
16:59 11.04.2026
Ekologiya
KİV: İran ABŞ ilə danışıqlara başlamaqdan imtina etdi
16:41 11.04.2026
Dünya
Makron Ərdoğanla telefon danışığı aparıb
16:31 11.04.2026
Siyasət
Zelenski Pasxa atəşkəsinə əməl etməyə hazır olduqlarını bəyan edib
16:18 11.04.2026
Dünya
ABŞ İranın şərtlərini qəbul etmədi
16:10 11.04.2026
Dünya
Ciyələk xəbərdarlığı: Uşaqlara verməyin!
15:58 11.04.2026
Sosial
İran ABŞ-dən tələblərini açıqladı
15:42 11.04.2026
Dünya