Yeməkxanaya gələnlər peyvənd olunmalarına dair kart təqdim edib, pulsuz kababa qonaq olublar. Bildirilir ki, Qaziantep peyvənd olunanların sayına görə ən aşağı göstəriciyə sahib şəhərlər sırasında olub. Pulsuz kabab olayından sonra isə bu şəhərdə peyvənd vurduranların sayı əməlli-başlı artmağa başlayıb.
Peyvənd vurduranlara pulsuz kabab!
23:33 30.08.2021
Arxiv
861
Türkiyənin Qaziantep şəhərində kababçı maraqlı addım atıb
Əhali arasında peyvənd olunanların faizi baxımından ən aşağı göstəriciyə sahib bölgədə birdən-birə faiz yüksəlməyə başlayıb. Bunun səbəbi bilinəndə, hər kəs yaxşı mənada heyrətə düşüb. İstifadə olunan metod hətta bəyənilib də. “Şərq” “Milliyet.com”a istinadən bildirir ki, Türkiyənin Qaziantep şəhərində bir yeməkxana sahibi peyvənd kampaniyasına əməli dəstək verib. Yeməkxana sahibi “peyvənd olunanlar, arayışla gəlsin, pulsuz kabab yesin”, elanı verib. Bunu eşidib-bilən yeməkxanaya axın edib.
Yeməkxanaya gələnlər peyvənd olunmalarına dair kart təqdim edib, pulsuz kababa qonaq olublar. Bildirilir ki, Qaziantep peyvənd olunanların sayına görə ən aşağı göstəriciyə sahib şəhərlər sırasında olub. Pulsuz kabab olayından sonra isə bu şəhərdə peyvənd vurduranların sayı əməlli-başlı artmağa başlayıb.
Yeməkxana sahibinin bu addımı bir tərəfdən peyvənd kampaniyasına dəstəkdirsə, bir tərəfdən də sahibkarların ziyana düşməməsi üçün atılan addımdır.
Məlum məsələdir ki, yoluxma sayı artdıqda, hökumət sərt karantin tədbirlərinə əl atır, yeməkxanalar, restoran və kafelərin fəaliyyəti dayandırılır. Yeməkxana sahibi pulsuz kabab təklif etməklə, həm də sahibkarlıq maraqlarını qorumuş olur.
Yeməkxana sahibi Erkan Ayık pulsuz kabab kampaniyasını bu məqsədlə təşkil etdiyini, yoluxma sayının artmasından ən çox qida sektorunun zərər gördüyünü bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zakir Həsənov Belarus müdafiə naziri ilə görüşüb - VİDEO
18:11 15.09.2026
Gündəm
Zaxarova: Paşinyana belə də çatdırın, onu lənətləyəcəklər
17:53 15.09.2026
Siyasət
Kriştianu Ronaldu "Əl-Nəsr" klubunun sahiblərindən biri ola bilər
17:39 15.09.2026
Futbol
Sabirabadda uşaq ölü doğulub - YENİLƏNİB
17:10 15.09.2026
Hadisə
“Azərşəkər”dən kiçik məktəblilərə böyük sevinc
17:10 15.09.2026
Ölkə
108 İLİN XATİRƏSİ: Türk ordusunun Naxçıvana köməyi
17:09 15.09.2026
Tarix
Husilər: Səudiyyə Ərəbistanını hədəfə almaq qanuni haqqımızdır
17:01 15.09.2026
Dünya
Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
16:46 15.09.2026
Gündəm
ABŞ İran əməliyyatı zamanı 22 milyard dollarlıq sursat sərf edib
16:43 15.09.2026
Gündəm
Rus ordusu Olxovatkanı işğal etdi
16:26 15.09.2026
Dünya
Rus hərbi bazası Ermənistana baha başa gəlir - Aleksanyan
16:18 15.09.2026
Gündəm
Zelenski: Rusiyada vurulacaq növbəti hədəfləri müəyyən etdik
16:07 15.09.2026
Dünya
“Qalatasaray” – “Fənərbağça” matçının tarixi açıqlandı
16:05 15.09.2026
Futbol