PKK ilə əlaqədə şübhəli bilinən 3 əcənəbi vətəndaşı tutulub

İngiltərə vətəndaşı Suriyaya gedərək, orada 3 ay qaldığını və YPG-dən silah təlimi aldığını etiraf edib



Türkiyənin Aydın əyalətinin Didim rayonunda polis əməkdaşlarının terrorçu PKK-ya qarşı keçirdiyi əməliyyat nəticəsində İngiltərənin bir, Bolqarıstanın 2 vətəndaşı tutulub.
"Report” Haber7-yə istinadən xəbər verir ki, onlar terrorçu PKK-nın Suriyadakı qolları YPG və PYD ilə əlaqədə olmaqda şübhəli bilinirlər.
Məlumata görə, İngiltərə vətəndaşı Suriyaya gedərək, orada 3 ay qaldığını və YPG-dən silah təlimi aldığını etiraf edib.

Axtarış-əməliyyat tədbiri nəticəsində şübhəlilərə aid cip telefonu, kompüter və rəqəmsal materiallar müsadirə olunub.