Polisi aldatdığnı zənn etmə: Havadan dronla çəkiliş aparılır

Yeni cəzaların tətbiq olunması ilə birlikdə Bodrumda da yoxlamalar başlayıb. Havadan dronla çəkiliş aparan yol polisləri təhlükəsizlik kəməri taxmayan, cib telefonu ilə danışan sürücülərə cəza yazdı. Bir çox sürücü cəzalara etiraz edərək təhlükəsizlik kəmərini taxdığını dedi. Lakin görüntüləri izləyən sürücülər təəccüblənib, qaldılar.
Uzaqdan kamera görən bəzi sürücülər təhlükəsizlik kəmərlərini taxaraq cərimədən yan keçəcəklərini sandı. Lakin sürücülərin görüntülərini çəkən dron sayəsində cib telefonuyla danışan, təhlükəsizlik kəməri taxmayan bir çox sürücülər cəza aldı. Kameraları 100 metr kənardan görən bəzi sürücülər təhlükəsizlik kəmərini taxaraq yol polislərini aldatmaq istədi. Dron sayəsində məlum olur ki, sürücülər polisləri görüb təhlükəsizlik kəməri taxır.