Hələlik isə bu markaların qiyməti sərbəst bazar qanunlarına uyğun həyata keçirilir.
" “Premium Euro-95” və “Super Euro-98”in bahalaşması problem yaratmayacaq"
11:11 21.08.2018
Arxiv
749
"Azərbaycanda avtomobil istifadəçilərinin 90 faizdən çoxu dizel yanacağı və "Aİ-92” markalı benzin istifadə edir”.
Bunu "Sherg.az”a iqtisadçı-ekspert Pərviz Heydərov söyləyib.
O qeyd edib ki, ölkənin iqtisadiyyatı, əsas istehlakçılar üçün "Premium Euro-95” və "Super Euro-98” markalı benzinlərin qiymətinin bahalaşması ciddi problem yaratmayacaq:
"Bu benzin markaları ölkədə istehsal edilmir, idxal edilir. Azərbaycanda yerləşən Heydər Əliyev adına Bakı Neftayırma Zavodunda rekonstruksiya işləri tamamlandıqdan, müəssisə tam modernləşdikdən sonra gələcəkdə "Premium Euro-95” və "Super Euro-98” markalı benzinlərin də ölkə daxilində istehsal ediləcəyi gözlənilir.
Hələlik isə bu markaların qiyməti sərbəst bazar qanunlarına uyğun həyata keçirilir.Düşünürəm ki, "Premium Euro-95” və "Super Euro-98” markalı benzinlərin bahalaşması dünya bazarlarında neftin qiymətinin yüksəlməsi və həmin markaların ölkəmizə gətirilməsi xərclərinin artması ilə bağlıdır. Bahalaşmanın istehlak bazarına təsiri gözlənilmir. Bu sahədə bahalaşma o zaman "domino effekti” yada bilərdi ki, dizel yanacağı və "Aİ-92” markalı benzin bahalaşsın”.
Qeyd edək ki, Azərbaycanda "Premium Euro-95” və "Super Euro-98” markalı yanacağın qiyməti qalxıb. Yeni tariflərə əsasən, "Premium Euro-95”in satış qiyməti 1,50 manat, "Super Euro-98” markalı benzinin qiyməti isə 1,60 manat olub.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə