“Enerji məmurları xalqın istədiyini verə bilmədi, ancaq xalq Prezidentdən istədiklərini eşidə bildi”
Prezident tam haqlıdır
13:05 07.07.2018
Arxiv
615
Azərbaycan cəmiyyəti iki günlük çətin sınaqdan üzüağ çıxdı
“Enerji məmurları xalqın istədiyini verə bilmədi, ancaq xalq Prezidentdən istədiklərini eşidə bildi”
“Enerji məmurları xalqın istədiyini verə bilmədi, ancaq xalq Prezidentdən istədiklərini eşidə bildi”
İyulun 4-də enerji problemi ilə bağlı müşavirə keçirən Prezident İlham Əliyev hadisəyə anlayışla və təmkinlə yanaşan, dövlətə dəstək verən, həmrəylik nümayiş etdirən Azərbaycan vətəndaşlarına öz təşəkkürlərini çatdırdı. Prezident dövlətlə xalqın vahid olduğunu və bu birliyin istənilən maneəni geridə qoya biləcəyini vurğuladı. Şübhəsiz ki, bütün bunlar çox önəmli mesajlar idi. Çünki Prezidentin də bəyan etdiyi kimi bəzi məmurlardan fərqli olaraq, Azərbaycan cəmiyyəti iki günlük çətin sınaqdan üzüağ çıxa bilmişdi:
"Azərbaycan vətəndaşları bu məsələ ilə bağlı böyük məsuliyyət, böyük vətəndaş həmrəyliyi göstərdilər. Bütövlükdə Azərbaycan cəmiyyəti bu çətin sınaqdan şərəflə çıxdı. Bütün Azərbaycan vətəndaşlarına göstərdikləri dəstəyə, anlayışa və vətəndaş həmrəyliyinə görə təşəkkür edirəm. Azərbaycan cəmiyyəti çox yetkin cəmiyyətdir və Azərbaycanda, sözün əsl mənasında, vətəndaş həmrəyliyi mövcuddur”. Dövlət başçısının toxunduğu vətəndaş həmrəyliyi məsələsi ictimaiyyət nümayəndələri tərəfindən də yüskək qiymətləndirilib.
Millət vəkili Aydın Mirzəzadə söyləyib ki, Prezident İlham Əliyev ölkədə, cəmiyyətdə gedən proseslər barədə kifayət qədər məlumatlıdır. Deputat qeyd edib ki, ölkə başçısının həyata keçirdiyi siyasət ölkəmizin inkişafını təmin edir.
Bundan sonra da dövlətin ayaq üstə durmasına kömək olacaq: "Bu siyasət nəticəsində Azərbaycan yaranmış fövqəladə vəziyyətdən, enerji böhranından uğurla çıxa bildi. Cəmiyyət bu il aprelin 11-də keçirilən prezident seçkilərində Prezident İlham Əliyevə bir daha etimad göstərdi. Hazırkı hadisə zamanı isə vətəndaşlar həmrəylik nümayiş etdirərək, bu sınaqdan şərəflə çıxdılar. Ona görə, Prezident İlham Əliyev də bütün Azərbaycan vətəndaşlarına göstərdikləri dəstəyə, anlayışa və vətəndaş həmrəyliyinə görə təşəkkür ünvanladı. Heç bir ölkə problemlərdən, fəlakətdən sığortalı deyil. Əsas məsələ həmin vaxt dövlətin və vətəndaşların özünü necə aparmasıdır. Ölkə başçısı müşavirədə səsləndirdiyi fikirlərində tam haqlıdır. Əminliklə deyə bilərik ki, Prezidentin tələbləri mütləq yerinə yetiriləcək”.
"Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev də bildirib ki, enerji məmurları xalqın istədiyini verə bilmədi, ancaq xalq Prezidentdən istədiklərini eşidə bildi:
"Prezident İlham Əliyevin müşavirədəki sərt və tələbkar çıxışı cəmiyyətimizin gözləntilərinə tam uyğun oldu. Əslində iki gün sıxıntılar içində yaşayan xalqımızın təmkinli davranışının istisnasız səbəbi bu oldu ki, xalq ən əhatəli sözü dövlət başçısından eşidəcəyinə möhkəm inanırdı. Cəmiyyət şübhə etmirdi ki, hadisəyə səbəb olmuş əlaqədar sahə məmurlarına ölkə rəhbərliyinin münasibəti çox sərt olacaq. İnsanlar sonadək inamlarını itirmədilər və dövlət başçısının reaksiyasını anlayışla gözlədilər. Bu məqam xalqla şəxsən Prezidentin arasında qarşılıqlı etimadın nə qədər fundamental xarakter daşıdığını bir daha sübut etdi. Müşavirədəki çıxışla Prezident İlham Əliyev ölkənin enerji infrastrukturu ilə çox dərindən tanış olduğunu göstərdi. Məhz bu səbəbdən bəzi sahə məmurlarının qəzanın səbəbləri ilə bağlı bütün cəmiyyəti yanlış yollara yönəltmək səyləri baş tutmadı. Prezident xalqı aldatmaq və bununla da özünü təmizə çıxarmaq istəyən bəzi sahə məmurlarının niyyətlərini alt-üst etdi. Fikrimcə, ölkə hələ uzun müddət Prezidentin "istilər bu qəzaya səbəb ola bilməzdi” fikrini müzakirə edəcək. Prezident sərt və tələbkar mövqeyi ilə xalqın "ürəyindən tikan çıxardı”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm