Puşkov: "Rusiya-Ermənistan birləşmiş qoşun qruplaşması Azərbaycana heç bir problem yaratmır"
09:02 12.12.2016
Arxiv
387
"Rusiya-Ermənistan birləşmiş qoşun qruplaşmasının yaradılması Azərbaycana heç bir problem yaratmır”.
Bunu APA-nın Moskva müxbirinə açıqlamasında, Rusiya Federasiya Şurasının İnformasiya siyasəti komissiyasının sədri Aleksey Puşkov bildirib.
A. Puşkov bildirib ki, Ermənistan Rusiyanın hərbi müttəfiqidir: "Ermənistan NATO üzvü olan ölkə ilə həmsərhəddir. Ona görə də hərbi müttəfiq münasibətləri şərtlərində birləşmiş qoşun qruplaşmasının yaradılması haqqında saziş imzalamaq tamamilə məntiqə uyğundur. Məsələ ondadır ki, bu saziş Azərbaycana problem yaradırmı? Fikrimcə, heç bir problem yaratmır. Çünki Azərbaycan Rusiyanın ən yaxın strateji tərəfdaşdır”.
A. Puşkovun fikrincə, Rusiyanın regionda öz nüfuz dairəsini genişləndirməsi Azərbaycanın əleyhinə ola bilməz: "Moskva Bakı ilə Yerevan arasında balansı gözləmək barədə özünə hesabat verir. Fikrimcə, Moskva bu balansı pozmur və heç vaxt da pozmayacaq. Azərbaycan Rusiyanın strateji tərəfdaşıdır. Ermənistanla isə həm Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, həm də Avrasiya İttifaqında əməkdaşlıq edirik. Fikrimcə, Bakı bu məqamı yaxşı başa düşür. Mən dəfələrlə Bakıda olmuşam, Azərbaycan rəhbərliyi ilə görüşmüşəm. Rusiyanın siyasətində Azərbaycanın narahatlığına səbəb olacaq heç nə görmürəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Abbas Əraqçi: ABŞ-dən təkliflər almışıq, tezliklə cavab verəcəyik
18:01 08.10.2026
Aktual
Zaxarovanın sözləri Almaniyaya təhdid mesajıdır - POLİTOLOQ
17:53 08.10.2026
Siyasət
Pezeşkian Xəzər dənizi ilə bağlı xəbərdarlıq etdi
17:35 08.10.2026
Cəmiyyət
Türkiyə husilərə hücum edəcək? - Hakan Fidan açıqladı
16:54 08.10.2026
Gündəm
Bakıda “Türkiyə-Azərbaycan Dostluq Konserti” keçiriləcək
16:53 08.10.2026
Mədəniyyət
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
16:35 08.10.2026
Hadisə
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul etdi
16:01 08.10.2026
Gündəm
Abşeronda motoxuliqanlıqla bağlı 23 nəfər saxlanılıb
15:54 08.10.2026
Hadisə
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edilib
15:31 08.10.2026
Cəmiyyət
Rusiya Ermənistana Fransa ilə bağlı xəbərdarlıq etdi
15:05 08.10.2026
Dünya
Rubio: Tramp Türkiyənin F-35-ləri almasını istəyir
14:59 08.10.2026
Dünya
Alimləri təəccübləndirən KƏND: Ölümsüzlüyün sirrini tapıblar?
14:57 08.10.2026
Sağlamlıq
Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb
14:49 08.10.2026
Hərbi