Putinlə Ərdoğan Liviya və Suriyanı müzakirə ediblər

Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub




Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, danışıq zamanı Liviyadakı vəziyyət, Suriya nizamlanması müzakirə olunub. Liderlər Liviyada sabitlik və əmin-amanlığı dəstəkləmək niyyətində olduqlarını bildiriblər.

Onlar həmçinin Suriya böhranının həlli istiqamətində Astana prosesi çərçivəsində əməkdaşlığı davam etdirmək məsələsində həmfikir olduqlarını təsdiqləyiblər.