
“Qanunlarda düzəlişlər etməyə ehtiyac yoxdur”
21:48 19.10.2016
Arxiv
490
“Fövqəladə hallarda, ekstremal şəraitdə jurnalistlərin peşə fəaliyyəti “KİV haqqında” qanunda onsuz da konkret müddəalarda əksini tapıb”“Təklif olunan “xüsusi əməliyyat barədə ictimaiyyətə məlumatın əməliyyat aparan orqanın müəyyən etdiyi formada və həcmdə verilməsi” dəyişikliyi jurnalistlərin informasiya almaq hüququnu məhdudlaşdırır”
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rəfail Hüseynov "Dini ekstremizmə qarşı mübarizə haqqında” qanuna dəyişikliklər təklif edib. Millət vəkili bildirib ki, "Kütləvi informasiya vasitələri haqqında”, "Televiziya və radio yayımı haqqında”, "Telekommunikasiya haqqında” və "İctimai televiziya və radio yayımı haqqında” qanunlara əlavə və dəyişikliklər nəzərə alınaraq "Dini ekstremizmlə mübarizə haqqında” qanuna da dəyişikliklər edilməlidir.
"Dini ekstremizm siyasi məqsədlər üçün istifadə edilən zaman cəmiyyətdə ciddi təhlükəyə çevrilir. Artıq günümüzdə belə halların şahidi oluruq. Bəzi qüvvələr dindən siyasi məqsədlər üçün istifadə edib, dinlər, ölkələr arasında nifaq salmaqla məşğuldurlar. Belə hallara yol vermək olmaz” deyən millət vəkili adıçəkilən qanuna hansı dəyişikliklər təklif edildiyini açıqlayıb. Həmin dəyişikliklər bunlardır: Dini ekstremizm əleyhinə xüsusi əməliyyatlar barədə ictimaiyyətə məlumat verilməsi; Dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması zonasındakı KİV işçilərinin fəaliyyətinin əməliyyat aparan orqan tərəfindən müəyyən edilməsi, həmçinin, xüsusi əməliyyat barədə məlumatın ictimaiyyətə əməliyyat aparan orqanın müəyyən etdiyi formada və həcmdə verilməsi.

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin professoru, media mütəxəssisi Qulu Məhərrəmli "Şərq”ə açıqlamasında qanunların jurnalistlərin sərbəst fəaliyyətini məhdudlaşdırmamalı olduğunu dedi:
- Hesab edirəm ki, digər qanunlarda düzəlişlər etməyə ehtiyac yoxdur. Fövqəladə hallarda, ekstremal şəraitdə jurnalistlərin peşə fəaliyyəti "KİV haqqında” qanunda onsuz da konkret müddəalarda əksini tapıb. Bura dini ekstremizm də daxildir, siyasi, etnik münaqişələr də. Hesab edirəm ki, jurnalistlərin davranışları qanunla müəyyən olunmur. Redaksiyaların daxili nizam-intizam qaydaları var, jurnalistlərin fəaliyyəti bu Nizamnamə ilə tənzimlənir. Həmçinin, jurnalistin etik və peşə davranışı qaydaları var. Qanunlar ümumiyyətlə, normativ məhdudiyyətlər qoyur. Peşəkar, təlim keçmiş jurnalist isə fövqəladə şəraitdə necə davranmalı olduğunu bilir. Prosedur qaydaları qanuna salmaq düzgün deyil. Müəyyən təhlükəli hallarda redaksiyalar daxili Nizamnaməyə uyğun hərəkət edir. Onsuz da "KİV haqqında” qanuna o qədər dəyişikliklər edilib ki!.. Qanunlar jurnalistlərin peşə fəaliyyətinin məhdudlaşdırılmasına yönəlməməlidir. Ölkə Konstitusiyasının 47-ci maddəsi söz və məlumat azadlığı prinsipini əks etdirir. Qanunlara dəyişiklik edildikdə Konstitusiyanın maddələrinin vətəndaşlara tanıdığı hüquqlar aradan qalxmamalıdır. Hesab edirəm ki, təklif olunan "xüsusi əməliyyat barədə ictimaiyyətə məlumatın əməliyyat aparan orqanın müəyyən etdiyi formada və həcmdə verilməsi” dəyişikliyi jurnalistlərin informasiya almaq hüququnu məhdudlaşdırır. Belə bir məhdudlaşdırma yalnız fövqəladə hallarda və şəraitdə ola bilər. Onsuz da, dövlət sirri hesab edilən, sərbəst informasiya çıxışının məhdud olduğu məlumatlar var ki, onların ictimaiyyətə ötürülməsi qanunla qadağandır. Bunlar varkən, ikinci bir məhdudiyyət yaradacaq dəyişikliklərə ehtiyac yoxdur, məncə. Peşəkar jurnalistlər işini bilir, hansı şəraitdə necə davranmalı olduqlarını, hansı məlumatın ötürülə biləcəyini və ya ötürülməsi lazım gəlmədiyini də bilirlər. Belə məsələləri əlavə olaraq qanun şəklinə salmaq, jurnalistika fəaliyyətini dar çərçivəyə salar.
Məlahət Rzayeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: "ABŞ İranla bağlı qərarını tezliklə verəcək"
23:38 13.10.2026
Aktual
"Qarabağ" "Sabah"ı təbrik etdi
23:19 13.10.2026
Futbol
Trampdan husilərə xəbərdarlıq: "Mən bunu heç vaxt unutmayacağam"
23:00 13.10.2026
Dünya
Netanyahu Trampla İrana hücumların bərpasını müzakirə etdi
22:20 13.10.2026
Gündəm
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
22:02 13.10.2026
Futbol
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət