Qoparan yandı: Cəzası 60 min... - FOTOLAR

Türkiyənin Manisa bölgəsindəki Spil Dağı Milli Parkında yetişən "Manisa Laləsi", havaların istiləşməsiylə üzünü göstərdi.Sherg.az  türk mediasına istinadən xəbər verir ki, ətraf-mühitin qorunması  qanununa görə muhafizə olunan lalənin qoparılmasının cəzası 60 min 163 lirədir. 
Spil dağında yetişən "Manisa Laləsi" üçün əvvəllər qanun hazırlanıb. Nəsili təhlükə altındakı lalələrin çiçəklərinə və ya soğanlarına zərər verilməməsi üçün pul cəzası tətbiq olunmağa başlanıb. 2872 saylı ətraf-mühitin qorunması qanununa görə keçən il 48 min 625 lirə olan cəzanın miqdarı bu il 60 min 163 lirəyə qalxıb.
Lalə ilə birlikdə soğanını yığan vətəndaşlara da eyni miqdarda pul cəzası kəsiləcək. "Manisa Laləsi"ni görmək istəyən çiçəksevərlər bölgəyə axın etməyə başlayıb. Spil dağındakı lalələri görmək və şəkil çəkmək üçün 10 ildir bölgəyə gəldiyini ifadə edən Şükrü Sezər, "Manisamızın sanki simvolu olan "Manisa lalələri"ni hər il gəlib  fotolarını çəkirik. Bura Manisanın qoruma altına alınmış bir bölgəsidir. "Manisa lalələri"ni qoparanlara tətbiq olunacaq cəza qanunundan çox məmnunuq.  Gələcək nəsillərimizin də "Manisa laləsi"ni bilməsini istəyirik. Bu cəzanın qorxusu heç olmasa insanları laləni qoparmaqdan daşındıracaq"- deyə bildirir.
Turan