Qurban bayramına görə bu ünvanlarda yarmarkalar təşkil olunacaq
13:13 20.08.2018
Arxiv
842
Qurban bayramı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə paytaxt və bölgələrdə iribuynuzlu və xırdabuynuzlu heyvanların satış yarmarkası keçiriləcək.
Nazirlikdən "Sherg.az"a verilən məlumata görə, yarmarkalar Qida Təhlükəsizliyi Agentliyinin müəyyən etdiyi məntəqələrdə təşkil olunacaq. Satış yarmarkalarının Bakı şəhərinin 32 nöqtəsində, Gəncə, Neftçala, Lənkəran, Şəki, Şirvan, Quba, Ağdaş, Şamaxı, Göyçay, İsmayıllıda keçirilməsi nəzərdə tutulur.
21-23 avqust tarixlərində keçiriləcək yarmarkalarda ümumilikdə 35 minə yaxın qurbanlıq heyvanın satışa çıxarılması nəzərdə tutulub. Satış üçün nəzərdə tutulan 20 min baş heyvan Kənd Təsərrüfatı Nazirliyi ilə Dövlət Gömrük Komitəsinin iri sahibkarlara tövsiyəsi əsasında qonşu ölkələrdən, əsasən də Gürcüstan Respublikasından gətirilib. Qonşu ölkələrdən xırdabuynuzlu heyvanların gətirilməsində məqsəd bazarda bolluq yaratmaq, qiymətləri sabitləşdirməkdir.
Bundan başqa Kənd Təsərrüfatı Nazirliyinin müraciəti əsasında bölgələrdə fəaliyyət göstərən fermerlər yarmarkalara ümumilikdə 13 min baş heyvan çıxaracaq. Nazirliyin tabeliyində olan təsərrüfatlardan isə yarmarkalara təxminən 1000-1500 baş iri və xırda buynuzlu heyvanlar gətiriləcək.
Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti artıq Qida Təhlükəsizliyi Agentliyinin müəyyənləşdirdiyi ət kəsimi və heyvan satışı məntəqələrində profilaktik məqsədlə dezinfeksiya işlərinə başlayıb. Dezinfeksiya işlərinin aparılmasında məqsəd heyvanlar arasında xəstəliklərin yayılmasının qarşısını almaqdır.
Satış yarmarkaları aşağıdakı məntəqələrdə fəaliyyət göstərəcək:
Bakı şəhəri üzrə
Nərimanov rayonu
1. Əliyar Əliyev küçəsi, 26 ("Bakı Taxıl-2” ASC-yə məxsus heyvan kəsimi məntəqəsi)
2. Əlyar Əliyev küçəsi, 36a ("Təbriz” KM, Keşlə bazarı)
3. Təbriz küçəsi ilə Ceyhun Hacıbəyli küçəsinin kəsişməsi ("Qarabağ” mehmanxanasının söküntü sahəsindəki avtomobil dayanacağı)
Suraxanı rayonu
1. Hövsan-Türkan yolunun sol tərəfində yerləşən ticarət mərkəzinin yanı
2. Qaraçuxur qəsəbəsi , Yeni Günəşli, "V” massivi
Binəqədi rayonu
1. Rəsulzadə qəsəbəsi (Binəqədi şosesi)
2. Biləcəri qəsəbəsi, Xocəsən-Biləcəri-Binəqədi yolu ("Dördyol” adlanan yer)
3. Binəqədi qəsəbəsi, Gülüstan massivi, döngə 15 (Heyvan bazarının yanı)
4. Cəfər Xəndan küçəsi, 54, "Oazis” restoranının yanı ("Ət pavilyonu” adlanan ərazi)
Xətai rayonu
1. Zığ yolu ("Nargilə” adlanan yer və 5 saylı binanın yaxınlığında)
Yasamal rayonu
1. Yeni Yasamal yaşayış massivi, Dadaş Bünyadzadə küçəsi, 7
2. Xiyabani küçəsi, 10c
3. Şərifzadə küçəsi 196, "İdeal” şadlıq sarayının həyəti
Nizami raronu
1. Mehdi Abbasov və Əli Vəliyev küçələrinin kəsişməsi
2. Mikayıl Əliyev və Rüstəm Rüstəmov küçələrinin kəsişməsi
Səbail rayonu
1. 20-ci sahə (Badamdar şosesi)
2. Bayıl bazarı, Gülbala Əliyev küçəsi
Xəzər rayonu
1. Qala-Pirallahı yolu, "Lambir" müəssisənin arxası
Qaradağ rayonu
1. Lökbatan qəsəbəsi ("Meyvəli” MMC-nin ərazisi)
Aqrovest MMC (Lökbatan yolu, "Binə" ticarət mərkəzinin qarşısı)
"Qoç-ət” MMC , Lökbatan qəsəbəsi
Sabunçu rayonu
1. Bakıxanov qəsəbəsi, Fətəliyev küçəsi 72, "Arzu” şadlıq sarayının yanı
2. Sabunçu qəsəbəsi, şəhər şosesi döngə 6, "Sabunçu” mərasim evinin yanı
3. Ramana qəsəbəsi, Şuşa şəhərciyi, "Pətək” marketin yanı
4. Zabrat qəsəbəsi,” Azmeat” MMC
5. Zabrat-Kürdəxanı şosesinin sağ tərəfi
6. Zabrat-Kürdəxanı şosesinin sağ tərəfi, "Araz” marketin yanı
7. Kürdəxanı qəsəbəsi, Hüsü Hacıyev küçəsi 6
8. Maştağa qəsəbəsi "Kanal” marketin yanı
9. Bilgəh qəsəbəsi, Azərbaycan qadını küçəsi
10. Nardaran qəsəbəsi, Axundzadə küçəsi 107
11. Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov 24 keçmiş "Sərhan” marketin yanı
Bölgələr
Gəncə şəhəri
Yeni Gəncə qəsəbəsi, 2№-li məktəbin yanı
Neftçala rayonu
1. Neftçala bazarı, Məhəmməd Əsədov küçəsi
2. Xili qəsəbəsi
3. Bankə qəsəbəsi
4. Həsənabad qəsəbəsi
1) Şamaxı rayonu
1. Şamaxı şəhər stadionun yanı
2) Göyçay rayonu
Rayon ərazisində fəaliyyət göstərən heyvan satışı bazarı (Göyçayın Ağsu tərəfdən girişi)
3) İsmayıllı rayonu
1. "Yaşıl market”
4) Lənkəran şəhəri
1. Bakı-Astara magistral yolunun 200 kilometrliyində, Lerikə dönən yolun solunda, Şiləvar kəndi ilə üzbəüz.
5) Ağdaş rayonu
1. Zeynəddin kəndi, mal bazarı
6) Quba rayonu
1. Heydər Əliyev prospekti, "Ət bazarı” deyilən ərazidə
7) Şirvan rayonu
1. 18 №-li məktəbin həyəti
2. 16№-li məktəbin həyəti
10) Şəki şəhəri
Şəki şəhərinin "Çöl yolu” adlanan ərazisində yerləşən heyvan satışı bazarı
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya