"Rabitə işi" üzrə məhkəmədə hökm oxunur - Vidadi Zeynalova 13 il HƏBS




Rabitə Nazirliyin sabiq aparat rəhbəri Vidadi Zeynalov 13 il müddətinə azadlıqdan məhrum edildi.

Lent.az-ın Bakı Ağır Cinayətlər Məhkəməsindəki müxbirinin verdiyi xəbərə görə, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov 13 il, "Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədov 11 il, BTRİB-in baş mühasibi Anar Mustafayev 5 il, "Optik Qurğular İdarəsi" MMC-in rəhbəri Emin Məmmədova 10 il, "Azərpoçt" sabiq direktoru Qəmbər Bəybalayevə 3 il müddətinə azadlıqdan məhrum edilib.

"Aztelekom"MMC-in sabiq direktoru Məhəmməd Məmmədov, "Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova 5 il 7 ay cəza verilib və Cinayət Məcəlləsinin 70 tədbiq edilərək azadlığa buraxılıb. 2 il sınaq müddəti tətbiq olunub.
****
Bu gün Vidadi Zeynalov və digərlərinə hökm oxunur
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə başa çatır.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə prosesdə hazıra hökm oxunur.
2 günlük müşavirədən sonra hakimlər kollegiyası hökmü elan edir.
Hökm 480 səhifədir. Bu gün bəzi təqsirləndirilən rabitəçilərin azadlığa çıxması da gözlənilir.