Rusiya bu internet saytlarına girişi məhdudlaşdırdı



Rusiya prezidenti Vladimir Putin bu ölkədə bloklanmış internet saytlarına girişi qadağan edən qanunu təsdiqləyib.

Sherg.az "Agence France Presse"ə istinadən xəbər verir ki, bu ilin noyabrın 1-dən qanun qüvvəyə minəcək və onun nəzərdə tutduğu yasaqlamalar tətbiq olunacaq.

Qeyd edək ki. Rusiyada telekommunikasiyaya nəzarət agenliyi olan "Roskomnadzor" anonin internet xidmətlərinin siyahısını tərtib edəcək və onların bloklanmasına icazə verəcək. Eyni zamanda bu agentlik ölkənin asayış və təhlükəsizlik qüvvələri ilə də əməkdaşlıq edəcək.

Yada salaq ki, ötən günlərdə bu qanun Dövlət Dumasında müzakirəyə çıxarılanda Moskvada minə yaxın insan etiraz aksiyası keçirdi.

Ayyət Əhməd