Rusiyadakı etiraz aksiyasının GİZLİNLƏRİ: "Mitinqin əsas məqsədi... "




"İnternetin məhdudlaşdırılması rusların mitinqə çıxması üçün sadəcə bəhanədir”,

Bunu Sherg.az-a Rusiyanın paytaxtı Moskvada mindən artıq sakinin küçələrə axışaraq "Senzuraya yox", "Diktaturaya yox" şüarları ilə mitinq keçirməsinə münasibət bildirərkən analitik Arzu Nağıyev deyib. 

O bildirib ki, internetin məhdudlaşdırılması yalnız Rusiyada deyil:

"Əsas məqsəd ondan ibarətdir ki, nəyin bahasına olur olsun, onlar mitinqi təşkil etsinlər, ortada da şüarları olsun. Bundan istifadə edib, öz siyasi ambisiyalarını indidən ortaya qoysunlar. Mütəmadi olaraq, Rusiyada hakimiyyətə qarşı belə mitinqlər baş verir. Sadəcə olaraq onun adını dəyişirlər.

Məlumdur ki, Rusiyada internet o qədər də məhdud deyil. Bütün istiqamətlərdə, sosial şəbəkələr, internet yüksək səviyyədə işləyir. Sadəcə, bəzi vaxtlar xüsusi xidmət orqanları terror qorxusundan qorunmaq üçün mütəmadi hesabat tələb edir. Bu hesabat tələb olunan vaxtı bəziləri o hesabatı tələb edir, bəziləri isə yox. Buna görə, müəyyən məhdudlaşmalara yol verilə bilər. Düşünürəm ki, Rusiyadakı mitinqlərin əsas məqsədi internetin məhdudlaşdırılması deyil”.

Qeyd edək ki, etirazçılar hökumətin internetə nəzarətin gücləndirilməsi və internetdən istifadənin məhdudlaşdırılmasına dair qəbul etdiyi qərara qarşıdırlar. Hətta bəzi nümayişçilər "Biz Putinsiz Rusiya istəyirik" şüarı ilə çıxış edib. Məlumata görə, aksiyanı keçmiş baş nazir Mixail Kassionov təşkil edib.

Aysel Aslan