Rusiyalı səfirin Qarabağ açıqlamasına münasibət:"...gizlədir"
14:47 20.08.2018
Arxiv
994
"Onun "Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllinə köməyini davam etdirəcək" fikri siyasi gedişdir. Bu o deməkdir ki, Rusiya bundan sonra da Dağlıq Qarabağ münaqişəsinin həll olunmasına imkan verməyəcək”
"Ermənistan dövlətinin də, Dağlıq Qarabağ münaqişəsinin də yaranması Rusiyanın Qafqaz siyasətinin tərkib hissəsidir. Şimal qonşumuzda hakimiyyətlər, liderlər dəyişsə də, ruslar bu siyasətdən imtina etməyəcəklər”.
Bu barədə "Sherg.az”a Rusiyanın Azərbaycandakı yeni səfiri Mixail Boçarnikovun "Rusiya Qarabağ münaqişəsinin həllinə köməyini davam etdirəcək" iddiasına münasibət bildirərkən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib.
O qeyd edib ki, Çar Rusiyası, Sovet hökuməti və hazırkı Rusiya Federasiyası Azərbaycan xalqına qarşı eyni siyasəti həyata keçirir:
"Ermənistan Rusiyanın əlində bölgədəki durumu nəzarətdə saxlamaq üçün alətdir. Ermənilərdən bütün region ölkələrinə - Türkiyə, Gürcüstan və Azərbaycana qarşı istifadə ediblər. M. Boçarnikovun fikirləri, Rusiyanın ATƏT-in Minsk qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həllinə köməyini davam etdirəcəyi barədə açıqlamaları siyasi gedişdir. Rusiya rəsmisi belə açıqlama verməklə rəsmi Moskvanın əsl niyyətini gizlədir. Yəni, bu o deməkdir ki, Rusiya bundan sonra da Dağlıq Qarabağ münaqişəsinin həll olunmasına imkan verməyəcək”.
S.Cəlaloğlunun fikrincə, Dağlıq Qarabağ münaqişəsində mövcud olan status-kvo bundan sonra da uzun müddət saxlanacaq:
"Ya gərək Rusiyada güclü çöküş baş verə, ya da Azərbaycan Türkiyə ilə konfederasiya yaradıb, daha ciddi gücə çevrilə, öz dövlət maraqlarını müdafiə edə. Daxili və xarici siyasətdə düşünülmüş, məntiqli addımlar atmağımız mütləqdir".
Qeyd edək ki, M. Boçarnikovun sözlərinə görə, Rusiyanın məqsədi münaqişə tərəflərinə hərtərəfli kömək göstərməkdir: "Çalışırıq ki, onlar öz aralarında razılığa gələ bilsinlər. Münaqişə tərəfləri üçün məqbul olan bizim üçün də məqbuldur".
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya