Sabah hava yağmursuz olacaq
09:41 30.03.2019
Arxiv
523
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Sherg.az"a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 3-5° isti, gündüz 8-11° isti, Bakıda gecə 3-5° isti, gündüz 8-10° isti təşkil edəcək.
Atmosfer təzyiqi 770 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 50-55% olacaq.
Aprelin 01-i axşamdan 02-si səhərədək Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.
Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz yağıntıda fasilə olacaq. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-6° isti, gündüz 7-11° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta təşkil edəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan şəhərsalmada Çin modelindən öyrənməlidir - Professor
16:02 20.05.2026
Aktual
Rusiya MN: Ukraynanın son sutkada 780 PUA-sı vurulub
15:53 20.05.2026
Dünya
"Arsenal"ın 16 yaşlı futbolçusu tarix yazdı
15:19 20.05.2026
Futbol
Moskva və Pekin “Qızıl Günbəz” layihəsini tənqid edib
15:15 20.05.2026
Dünya
Minimum tarif Bakı-Tbilisi marşrutu üçün 81 manatdır
15:07 20.05.2026
Aktual
Azərbaycanda bu sahədə 3 qadın çalışır
14:38 20.05.2026
Cəmiyyət
“Ermənistan-Rusiya gərginliyi süni yaradılıb” - Tofiq Zülfüqarov
14:34 20.05.2026
Region
Bakıda üç gölün tullantılardan təmizlənməsi nəzərdə tutulur
13:36 20.05.2026
Gündəm
Noyerin DÇ-2026-da iştirakı ilə bağlı qərar sabah veriləcək
13:15 20.05.2026
Futbol
“Bakcell”in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
13:10 20.05.2026
Ölkə