Sabahın hava proqnozu açıqlandı
09:54 08.07.2018
Arxiv
413
Azərbaycanda iyulun 9-na gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sherg.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 24-27°, gündüz 30-35° təşkil edəcək. Abşeronun şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada şimal küləyi əsəcək, dəniz suyunun temperaturu 26-27° isti olacağı ehtimal edilir.
Cənub çimərliklərində isə - Türkan, Hövsan, Sahil, Şıxda şimal küləyi əsəcək, dəniz suyunun temperaturunun 27-28° isti təşkil edəcəyi gözlənilir.
Naxçıvan Muxtar Respublikasında günəşli hava gözlənilir, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 35-40°, bəzi yerlərdə 42° isti təşkil edəcəyi ehtimalı var.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında yağmursuz hava olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20°, gündüz 26-31° isti olacaq.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında günəşli havanın olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26°, gündüz 32-37° isti təşkil edəcək.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında yağmursuz hava şəraiti gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24°, gündüz 30-35° isti, dağlarda gecə 13-18°, gündüz 25-30° isti olacaq.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında günəşli hava hökm sürəcək. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26°, gündüz 35-40° isti təşkil edəcək.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında da hava günəşli olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-26°, gündüz 32-37° isti, dağlarda gecə 15-20°, gündüz 28-33° isti gözlənilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm