Saç, dırnaq yemək vərdişi fasadlar yaradır

Şəxsi gigiyenada dırnaq və saç yemə kimi vərdişi olanlar "bezoar" təhlükəsi ilə qarşı-qarşıyadır.
Sherg.az-ın məlumatına görə, bezoar insan ilə heyvanların mədə və bağırsaqlarında bəzi maddə liflərinin yığılıb sərtləşməsindən ibarət olan daşdır. Dırnaq və saç yemə xəstəlikləri olan insanlarda bezoarın şübhəsiz meydana gəlməsi, müalicə edilmədiyi təqdirdə isə böyük sağlamlıq problemləri ilə qarşı-qarşıya qalmaları mümkündür.
Türkiyə mətbuatında yer alan  məlumata görə, 2 ildir mədə narahatlığından əziyyət çəkən 35 yaşlı Şahin bəyin şikayəti üzərinə aparılan tədqiqata və endoskopik müayinənin nəticəsində onda "bezoar" adlı xəstəlik təsbit edilib. Belə ki, xəstə klinikaya 2 il mədədə ağrı və həzm problemi şikayəti ilə müraciət edib. Aparılan müayinələrin nəticəsi isə bu şəkildə olub.
Bundan sonra, əməliyyatla xəstənin mədəsindəki 10 sm və 4 sm ölçüsündə təxminən 180 qram ağırlığında bezoar çıxarılıb. Dırnaq yemək vərdişi olan Şahin bəy diaqnozdan sonra bu vərdişini tərgidib.
Bundan başqa meyvə və tərəvəzlərin tumlarına da fikir vermək lazımdır. Saç, dırnaq və tük yemə vərdişindən başqa meyvə və tərəvəzlərin tumlarının alınması da məsləhətdir. Həzm olunmayanda bezoarın meydana gəlməsinə yol aça biləcəyini nəzərə almalıyıq.
Belə pis vərdişə sahib olan şəxslərdə erkən doyma və mədədə ağrı şikayətinə tez-tez rast gəlinir. Bulantı və qusma, həzmsizlik, halsızlıq, artıq çəki və pis ağız qoxusu, mədə və bağırsaqda baş verən tıxanmalar, xora və mədə deşilmələri olan xəstələrin saç, dırnaq və tük yemə vərdişini tərk etmələri və mütləq müalicə olmaları lazımdır.
Aysel Aslan