"O, möhtərəm Prezidentimizin qarşısında nə edə bilərdi ki ? !"
“Sarkisyan kimdir ki, hansısa qərar qəbul etsin? O, erməni xalqının düşmənidir. Eynilə də Azərbaycan xalqına qarşı düşmən münasibəti bəsləyir”
"Nə qədər ki, Ermənistanda Serj Sarkisyan hakimiyyətdədir, vəziyyət dəyişməyəcək”.
Bunu "Sherg.az”a son günlər cəbhə xəttində düşmən təxribatının güclənməsinin səbəblərini izah edərkən Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov deyib.
O bildirib ki, prezidentlər arasındakı danışıqlardan sonra vəziyyətin gərginləşməsi Sarkisyanın ikili siyasəti ilə bağlıdır:
"Sarkisyan kimdir ki, hansısa qərar qəbul etsin? O hakimiyyətdə olduğu müddətdə heç bir müsbət nəticə gözləmək mümkün deyil. Sarkisyanın prezident kimi şəxsi fikri yoxdur. Ümumiyyətlə, ona ölkə başçısı, xalqının lideri kimi baxmaq çətin məsələdir. O, erməni xalqının düşmənidir. Eynilə də Azərbaycan xalqına qarşı düşmən münasibəti bəsləyir”.
Danışıqlarda cəbhə xəttində sabitlik yaradılması haqqında razılığa gəlinməsinə toxunan B.Səfərov diqqətə çatdırıb ki, Sarkisyan qoyulan tələblərdən imtina edə bilməzdi:
"Sarkisyan möhtərəm Prezidentimizin qarşısında nə edə bilərdi ki ? Sarkisyanın kişiliyi ancaq buna - verdiyi sözün üstündə durmamağa çatır.
Qeyd edək ki, ötən gün Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Zeynalov Cabbar Firuddin oğlu şəhid olub.
Ayyət Əhməd