“Savadlı Cəmiyyət” Müasir Təhsilə Dəstək İctimai Birliyi bu mövzuda tədbirlər təşkil edib
07:29 09.07.2018
Arxiv
716
“Düzgün peşə seçimi və biznesin inkişafı sahəsində effektiv yerli və xarici təcrübələrin təbliği, dayanıqlı biznes karyerasının stimullaşdırılması mövzusunda tədbirlərin təşkili”
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşən və "Savadlı Cəmiyyət” Müasir Təhsilə Dəstək İctimai Birliyinin may ayından icrasına start verilmiş və 3 ay ərzində gerçəkləşən "Düzgün peşə seçimi və biznesin inkişafı sahəsində effektiv yerli və xarici təcrübələrin təbliği, dayanıqlı biznes karyerasının stimullaşdırılması mövzusunda tədbirlərin təşkili” layihəsinin məqsədi gənclər arasında düzgün ixtisas seçmə və eləcə də, onların gələcəkdə məşğulluq vəziyyətinin yaxşılaşdırması və əmək bazarına çıxışa hazır olması istiqamətində baza biliklərinə yiyələnməsinə nail olmaq və biznesin inkişafı və davamlı fəaliyyəti üçün effektiv yerli və xarici təcrübələrin təbliğidir. Qeyd edək ki, Bakı şəhəri ərazində həyata keçirilən fəaliyyətlərdə layihənin işçi qrupu qarşıya bir neçə vəzifənin icrasını qoyub:
- Məktəblərin yuxarı sinif şagirdləri arasında düzgün ixtisas seçimi üzrə məlumat xarakterli seminarların təşkili;
- Universitetlər, kolleclər və s. məzun olan gənclərin işlə təmin edilməsi üçün effektiv strategiyanın tətbiqi üçün təlimlərin keçirilməsi (Təhsildən iş bazarına keçidin təmin edilməsi);
- Layihə iştirakçılarının iş yerləri ilə təmin olunması üçün informativ-maarifləndirmə fəaliyyətinin, həmçinin hüquqi biliklərin artırılmasına nail olmaq;
- Biznes ideyalara dəstək üçün başlanğıc (start-up) maliyyəyə çıxışı, inzibati və hüquqi biliklər, biznesə dəstək və inkişaf istiqamətində biznes planlarını hazırlanması üzrə yardım;
- Layihə iştirakçıları üçün işədüzəlmə prosesində "Uğurlu yol xəritəsi”nin hazırlanması (CV-nin hazırlanması, İş müsahibəsində özünü təqdimetmə "alətləri”, Rəhbərliklə peşəkar işgüzar münasibətlərin qurulması üçün lazım olan addımlar).
Əvvəlcədən verilən elanlar vasitəsi ilə müraciət edən şəxslər arasından iyun ayı ərzində mövzuya daha çox maraq göstərənlər arasından ümumilikdə 75 nəfərədən ibarət dinləyici heyəti yaradıldı və 3 qrupa bölündü. Hazırda bu qruplara "Komanda işi”, "CV-nin yazılması və işədüzəlmədə vacib bacarıqlar”, "Rəhbərliklə işgüzar münasibətlərin qurulması”, "Biznes planlarının hazırlanması”, "Biznesin inkişafı və davamlı fəaliyyət üçün effektiv təcrübə” mövzularını əhatə edən təlimlər keçirildi.
Təlimlər zamanı dinləyicilərə təqdim edilən prezentasiyalar və digər təlim materialları CD-lərə köçürülərək çoxaldıldı. Bu materiallar həm təlim iştirakçılarına paylandı, həmçinin də, layihə üzrə digər tədbir iştirakçılarına təqdim edildi. Daha sonra 3 qrupun hər birindən 8-9 nəfər daha fəal iştirakçı seçilməklə ümumilikdə 25 nəfərlik qrupa 1 gün ərzində sözügedən mövzu üzrə iyul ayında dərinləşdirilmiş seminar keçirildi.
Layihədən faydalananlar arasında univeristet, kollec və s. təhsil müəssisələrini bitirməyə hazırlaşan gənclər, yuxarı sinif şagirdləri, iş axtaran, şəxsi biznesini qurmaq arzusunda olan gənclər qrupları və biznes ideyaları üçün dəstək axtaran gənclər var.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region