Savelyevin açıqlamasına MÜNASİBƏT:"Xocalı ilə bağlı həqiqəti söylədiyi üçün alqışlanmaıldır"
14:57 22.10.2018
Arxiv
644
Rusiya Federasiyası Dövlət Dumasının deputatı Dmitri Savelyev Türkiyənin Kayseri şəhərində açılışı olan Xocalı Parkındakı Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə çıxışı zamanı bu genosid barədə geniş nitq söyləyib. O qeyd edib ki, Xocalıda törədilənlər Azərbaycan xalqına qarşı soyqırımıdır. Deputatın sözlərinə görə, bu şəhərin yerlə yeksan olunması, insanlara divan tutulması bəşəri cinayətdir: "26 il əvvəl Azərbaycanın Xocalı şəhərində dəhşətli faciə törədilib, dinc sakinlərə hücum edilib.
Bu cinayət nəticəsində 613 günahsız insan qətlə yetirilib. Bu, soyqırımıdır. Bunu törədənlər isə indiyədək cəzalarını almayıblar. Biz hamılıqla çalışmalıyıq ki, Xocalı soyqırımı barədə həqiqətləri bütün dünyaya çatdıraq və bu faciəni törədənlər cəzalarını alsınlar. Türkiyədə təhsil alan xarici tələbələr təmsil etdikləri dövlətlərinin rəhbər şəxslərinə təsir göstərməli, Xocalı soyqırımı ilə bağlı ölkələrinin parlamentlərinə çağırış etməlidirlər. Belə bir vəhşiliyin cəzasız qalmaması üçün təbliğat işlərinə qoşulmalıdırlar”.
Rusiyalı həmkarının fikirlərinə münasibət bildirən millət vəkili Fəzail İbrahimli "Sherg.az"a açıqlamasında qeyd edib ki, D.Savelyevin həqiqəti dilə gətirməsi həqiqətən təqdirəlayiqdir:
"Rusiya Dövlət Dumasının deputatını belə dolğun fikirlər səsləndirdiyi üçün alqışlayıram. Hər zaman həqiqəti dilə gətirən insan haqqın və ədalətin yanında olur. Hazırda Ermənistandakı siyasi vəziyyət, Ermənistan rəhbərliyinin mövqeyi, orada gedən siyasi proseslər kifayət qədər qeyri-müəyyəndir. Bununla da əlaqədər olaraq Qərb tərəfi Ermənistanı sərsəm çıxışlar etməyə vadar edir. Bu kimi proseslər Azərbaycanın xeyrinə olsa da, çox təəssüf ki, 25 ildir torpaqlarımız işğal altındadır. Yenə deyirəm, dünyanın hər yerində "Azərbaycan torpaqlarının işğaldan azad olunmalıdır” ifadəsi işlənir. Lakin heç bir ölkə demir ki, "Ermənistanın işğal etdiyi Azərbaycan torpaqları işğaldan azad olunmalıdır”.
BMT-in qətnamələrində Azərbaycan torpaqlarının Ermənistan hərbi qüvvələri tərəfindən işğal olunması faktı qeyd olunub. Açıqlanan fikirlərin hər biri həqiqətdir. Bunun da altında Ermənistana qarşı bir təzyiq yatır. Əgər bu kimi bəyanatların yerinə dövlət səviyyəsində bir sanksiya tətbiq edilsəydi, o zaman sevindirici hal olardı. Istənilən halda D.Savelyevin fikirləri həqiqətdir və bu reallığı dilə gətirməsi alqışlanmalıdır".
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Özəl məhkəmə ekspertizasına nəzarət dəyişir - Əsas meyar açıqlanıb
16:38 28.10.2026
Aktual
Sabunçuda evdən 10 min manatlıq qızıl oğurlanıb
16:21 28.10.2026
Hadisə
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirib
16:19 28.10.2026
Ölkə
Nazir Murat Kurum Ankara bələdiyyə başqanı Mansur Yavaşı qəbul edib
15:58 28.10.2026
Dünya
Putin: Bu ölkələr yeni dünya nizamını qəbul etmirlər
15:55 28.10.2026
Dünya
Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
15:47 28.10.2026
Aktual
Ramiz Mehdiyev AMEA-dan qovuldu
15:07 28.10.2026
Cəmiyyət
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
14:44 28.10.2026
Sosial
Ermənistanda parlamentin keçmiş sədrinin əmlakına həbs qoyulub
14:42 28.10.2026
Region
Rusiya Ermənistana yeni səfir təyin etdi
14:24 28.10.2026
Gündəm
Putin-Tramp-Cinpin görüşü hələ təsdiqlənməyib
14:12 28.10.2026
Gündəm
Paşinyan İranla sərhəd məsələsi üzrə işçi qrupu yaradıb
13:36 28.10.2026
Gündəm
Zelenski: Cinpin, Putin və Tramp dünyanı bölüşdürə bilməz
12:58 28.10.2026
Dünya
Fərman Qurbanlıya nazirlikdə yeni vəzifə verildi
12:55 28.10.2026
Cəmiyyət