Şərabın heç bir əhəmiyyəti yoxdur

Siqaret onsuz da orqanizmdə öz işini görür


Aparılan araşdırmalara görə, siqaret çəkməzdən əvvəl içilən bir şüşə qırmızı şərab siqaretin
səbəb olduğu ziyanın qarşısını almaq gücündədir. Belə ki, şərab qan damarlarına dəyə biləcək
ziyanın qarşısını alan kimyəvi birləşmələrlə zəngindir. İndependent.com saytının məlumatına
görə, alimlər bununla bağlı yeni araşdırma aparıb.
Araşdırmanın nəticəsinə görə, şərab arteriya divarlarından Bmikro zərrəciklərin ayrılmasının
qarşısını alır.
Siqaret çəkməzdən bir saat əvvəl içilən qırmızı şərab qanda ağ qan hüceyrələrinin çoxalmasına
mane olur. Bu, həm də sətəlcəmin qarşısını alır, siqaretdən sonra sürətlənən genetik yaşlanma
prosesini irəlilədən telomarse fermentinin aktivliyini azaldır.

Tibb elmləri doktoru, professor Adil Qeybulla necə istifadə edilməsindən asılı olmayaraq
siqaretin qətiyyən yolverilməz bir maddə olduğunu bildirib: 
"Qırmızı şərabın bir sıra xeyirləri haqqında yazılır, amma ümumiyyətlə, spirtli içkilərin təbliğatı tibbi baxımdan düzgün deyil.

Siqaret çəkilməsinə gəldikdə isə biz həmişə bunun əleyhinəyik. Siqaret tüstüsündə olan nikotin
xərçəng törədən və gələcəkdə damarların daralmasını təmin edir. Buna görə də siqaret çəkən
adamlar gec-tez müəyyən fəsadlarla rastlaşırlar. Siqaretin şərab fonunda çəkilməsinin də heç bir
əhəmiyyəti yoxdur. Siqaret onsuz da orqanizmdə öz işini görür. Belə hallara neqativ yanaşıram
və insanlar siqaretdən uzaqlaşsalar, daha yaxşıdı. Düşünürəm ki, təbliğat bu istiqamətdə
aparılmalıdır”.

Yeganə Bayramova