Sərt dadı və qoxunu sevənlərin psixopat olma ehtimalı var
12:14 08.01.2019
Arxiv
714
Professor Adil Qeybulla Avstriya alimlərinin araşdırmalarını qəbul etmir
Aparılan araşdırmalara görə, qəhvəni südsüz və şəkərsiz içən insanların psixopat olması ehtimalı var. Sadə qəhvə sevgisi ilə sadistlik və psixopatik meyilləri arasında bağlılıq müəyyən olunub.
Araşdırma Avstriyada İnsburk Universitetinin ekspertləri tərəfindən aparılıb. Araşdırma çərçivəsində minlərlə insan müşahidə edilib. İştirakçılardan sevdikləri yeməklər haqqında məlumat verilməsi istənilib. Daha sonra bu şəxslərə sadizm, narsisizm və psixopatiya kimi şəxsiyyət xüsusiyyətlərini dəyərləndirən testlər tətbiq edilib.
Nəticələr, sərt dadı və qoxunu sevənlərin psixopatik davranışla əlaqəsi olduğu müəyyən edilib. Araşdırma zamanı turp, kərəviz sevən şəxslərin də anti-sosial xüsusiyyətlər nümayiş etdirmə meylinin olduğu ortaya qoyulub.
Tibb elmləri doktoru, professor Adil Qeybullanın "Şərq”ə açıqlamasına görə, sözügedən araşdırmanın nəticəsi həqiqətləri o qədər də əks etdirmir. Professor bildirib ki, nəticələri bütün insanlara aid etmək doğru deyil:
"Düzdür, müəyyən hərəkətlərin psixopat əhəmiyyəti var. Məsələn, sinir sistemi tipinə görə insanları müxtəlif qrupa ayırırlar. Amma bunlar da tam olaraq həqiqəti əks etdirmir. Eşitmə analizatoru deyilən bir anlayış var. Biz xaricdən 5 analizator ilə informasiya qəbul edirik. Bunlara iy bilmə, dad bilmə və s. aiddir. İnsanlar hansısa xəbəri eşidir və hərə bir cür reaksiya verir. Bunun özü də psixoloji emosional vəziyyətlə birbaşa bağlıdır.
Orqanizmdə emosional motivasiyaları birbaşa formalaşdıran sistem var. Bütün bunlara analizatorlara daxil olan impulslara qarşı reaksiyanı təmin edir. Qoxu və dad bilmədən sonra verilən reaksiyalar psixoloji duruma müvafiqdir. Ona görə də aparılan araşdırmanın nəticəsi birmənalı olmasa da, dolayısı ilə hər birinin psixoloji situasiya yaratmasının önəmi var”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm
Mehriban Əliyeva Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub
17:21 01.09.2026
Gündəm
“Putini öldürmək mümkün deyil” - Kəşfiyyatçı səbəbini açıqladı
17:02 01.09.2026
Dünya
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm
Baş Qərargah: Rusiya son üç ayda 124 mindən çox hərbçi itirib
16:42 01.09.2026
Dünya
Monqolustan, Çin və Rusiya birgə hərbi təlim keçirəcək
16:17 01.09.2026
Dünya
Qırğızıstan və Türkiyə hərbi əməkdaşlığı genişləndirir
15:43 01.09.2026
Gündəm
Kaya Kallas: Hörmüz boğazında keçid sərbəst olmalıdır
15:31 01.09.2026
Gündəm