Sərxoş vətəndaşı suluyan polisin aqibəti necə oldu? - RƏSMİ
10:28 17.10.2016
Arxiv
483
Məlum olub ki, videoda qeyd olunanlar dünənin-bu günün hadisəsi deyil, iki il əvvəl baş verib
Daxili İşlər Nazirliyi (DİN) Bakıda polisin vətəndaşı sulamasını özündə əks etdirən video materialla bağlı araşdırma aparıb.
Nazirliyin Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidov APA-nın sorğusuna cavab olaraq bildirib ki, sosial şəbəkələrdə videosu yayılmış həmin hadisə iki il əvvəl baş verib: "Polis əməkdaşının səkidə yatan bir nəfəri su ilə islatmasını əks etdirən video sosial şəbəkələrdə və bəzi xəbər saytlarında ictimailəşəndən sonra qısa bir araşdırma apardıq. Məlum oldu ki, videoda qeyd olunanlar dünənin-bu günün hadisəsi deyil, iki il əvvəl baş verib. Günün günorta vaxtı şəhərin mərkəzində səkidə uzanan insan isə evsiz deyil, spirtli içki düşkünü olan birisidi. O da müəyyən olundu ki, yatan sərxoşu islatmaqla ayıldan polis əməkdaşı da hazırda daxili işlər orqanlarında xidmət etmir, təxminən bir il bundan əvvəl, 2015-ci ilin dekabrından təqaüdə çıxarılıb.
Belə olan halda sual yaranır: iki il əvvəl xəlvəti qeydə alınan videonun bu gün yayılaraq ictimailəşdirilməsi hansı məqsədə xidmət edir? Bu videonu "şok görüntü” kimi tələm-tələsik öz səhifələrinə yerləşdirən saytlar nədən heç bir araşdırma aparmayıb? Görünür, ictimai asayişi uğurla təmin edən, cinayətkarlıqla mübarizədə barışmaz olan polis əməkdaşlarının gündən-günə artan nüfuzu kimlərinsə "kürkünə birə salır”. Onlar da internet istifadəçilərini aldadaraq illər əvvəl kol-kos dibində yatıb xəlvəti çəkdikləri videoları, fotoları bugünün reallığı kimi təqdim edirlər. Amma unudurlar ki, belə primitiv üsullarla Azərbaycan polisini nə vətənə və xalqa xidmətdən, nə də cinayətkarlıqla mübarizədən bir anda olsun yayındırmaq mümkün deyil”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: "ABŞ İranla bağlı qərarını tezliklə verəcək"
23:38 13.10.2026
Aktual
"Qarabağ" "Sabah"ı təbrik etdi
23:19 13.10.2026
Futbol
Trampdan husilərə xəbərdarlıq: "Mən bunu heç vaxt unutmayacağam"
23:00 13.10.2026
Dünya
Netanyahu Trampla İrana hücumların bərpasını müzakirə etdi
22:20 13.10.2026
Gündəm
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
22:02 13.10.2026
Futbol
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət