Sevgilisinin ruhunu daşıdığına inandığı kobra ilanla evlənib

Cənub-şərqi Asiyada şəxsiyyəti bilinməyən bir adam, ölən sevgilisinin ruhunu daşıdığına inandığı üçün üç metr uzunluğundakı bir kobra ilanla evlənib. Asiyalı adam, bu Kobra ilanından bir an olsun ayrılmır. Bütün gününü birlikdə keçirən ikili, birlikdə televiziya izləyir, göl kənarında romantik gəzintilər edir, kart oyunları oynayır, idman salonuna gedir və birlikdə yatır.
Budist adam, ölən insanların heyvanın bədənində yenidən həyata gəldiyinə inanır.