Şeyxülislam Çeçenistandadır
14:49 30.03.2019
Arxiv
597
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun dəvəti ilə Qroznı şəhərində səfərdə olub.
Bu barədə "Sherg.az"a QMİ-dən bildirilib.
Verilən məlumata görə, A.Paşazadə Qroznıda Rusiya Qəhrəmanı Əhməd Kadırov adına Regional İctimai Fondun və İslam Mədəniyyəti, Elm və Təhsilə Dəstək Fondunun birgə təşkilatçılığı ilə keçirilən "İslam sülh və mərhəmət carçısıdır” adlı beynəlxalq dini konfransda iştirak edib.
Əvvəlcə Prezident İlham Əliyevin salamlarını Çeçen Respublikasının başçısı Ramzan Kadırova, bütün çeçen xalqına və konfrans iştirakçılarına çatdıran QMİ sədri bildirib ki, dini liderlərin əsas vəzifəsi xalqlarımızın xoşbəxtliyi və rifahı naminə, qardaşlıq əlaqələrini və müqəddəs dinimiz İslamı gücləndirməkdir: "İnanıram ki, bugünkü konfrans bu müqəddəs əmələ öz töhfəsini verəcək. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qlobal miqyasda multikulturalizm və İslam həmrəyliyi ideyaları uğrunda yorulmadan çalışır. Qonşu dövlətlərlə yaxın münasibətlərin qorunub saxlanılması Azərbaycan Prezidentinin apardığı xarici siyasətin əsas prioritetlərindən biridir. Bu isə Qafqaz xalqlarının daha da yaxınlaşmasına, bölgədəki sülh və sabitliyə, dostluq əlaqələrini, xüsusən də Rusiya ilə Azərbaycan arasında yaxın münasibətləri gücləndirməyə xidmət edir. Bütün dünyada demokratiya, insan hüquqları və azadlıqlarının carçısı olduğunu iddia edən ölkələrdə irqi və dini dözümsüzlük, məcburi köç və demoqrafik fəlakətlərin səbəb olduğu hiddətli hərəkətlər var, fərdi qüvvələr bütün insanlığın sülh və sabitliyinə təhlükə yaradır. Yeni Zelandiyanın məscidlərində müsəlmanlara qarşı aşkar terror hücumunun terrorist hərəkət kimi tanınmaması da islamafobiyanın göstəricisidir”.
A.Paşazadə qeyd edib ki, Qafqaz xalqları arasında yaxşı münasibətlər qiymətli tarixi irsdir. Lakin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemi istisna təşkil edir: "Təəssüf ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü hələ də davam edir, Azərbaycan torpaqlarının iyirmi faizi hələ də bütün beynəlxalq normalara baxmayaraq erməni ekstremistlərinin işğalı altındadır. Azərbaycan xalqının mədəni və dini mirası məhv edilir. Biz Qarabağ münaqişəsinin ədalətli, sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq həllini tələb edirik”.
Sonra konfrans iştirakçılarının şərəfinə ziyafət verilib. Ziyafət çərçivəsində A.Paşazadə Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov ilə görüşüb. Səmimi şəraitdə keçən görüşdə QMİ sədrini çeçen torpağında hər zaman görməkdən məmnun olduğunu bildirən Çeçenistan lideri Azərbaycan xalqına və dövlətimizin başçısına qardaş salamlarını çatdırmağı A.Paşazadədən xahiş edib.
Qrozniya səfəri çərçivəsində QMİ sədri QMİ sədri Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri - Şimali Qafqaz müftiləri ilə də görüşüb, cari məsələlər ətrafında müzakirələr aparılıb.
Daha sonra Beynəlxalq İslam Liqasının Baş katibi Məhəmməd bin Əbdül Kərim əl-İsa ilə görüşən A.Paşazadə onunla İslam aləmində cərəyan edən hadisələr ətrafında fikir mübadiləsi aparıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan şəhərsalmada Çin modelindən öyrənməlidir - Professor
16:02 20.05.2026
Aktual
Rusiya MN: Ukraynanın son sutkada 780 PUA-sı vurulub
15:53 20.05.2026
Dünya
"Arsenal"ın 16 yaşlı futbolçusu tarix yazdı
15:19 20.05.2026
Futbol
Moskva və Pekin “Qızıl Günbəz” layihəsini tənqid edib
15:15 20.05.2026
Dünya
Minimum tarif Bakı-Tbilisi marşrutu üçün 81 manatdır
15:07 20.05.2026
Aktual
Azərbaycanda bu sahədə 3 qadın çalışır
14:38 20.05.2026
Cəmiyyət
“Ermənistan-Rusiya gərginliyi süni yaradılıb” - Tofiq Zülfüqarov
14:34 20.05.2026
Region
Bakıda üç gölün tullantılardan təmizlənməsi nəzərdə tutulur
13:36 20.05.2026
Gündəm
Noyerin DÇ-2026-da iştirakı ilə bağlı qərar sabah veriləcək
13:15 20.05.2026
Futbol
“Bakcell”in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
13:10 20.05.2026
Ölkə