Son dəqiqə: Qaziantəpdə canlı bombaçının biri sağ ələ keçirilib

 
Qaziantəpdən son xəbərlər gəlir... Qaziantəpdə polisin əməliyyatı zamanı ikinci bir partlayış baş verib. Evdə sıxışdırılan ikinci canlı bombaçının da özünü partlatdığı bildirilir.
Özünü partladan ikinci canlı bombanın təşkilatın hücrə evini idarə edən Mehmet Kadir Cabael olduğu öyrənildi. Cabaelin 103 adamın öldüyü Ankara stansiyasına  hücumun da şübhəlisi olaraq axtarıldığı ortaya çıxdı. İki əməliyyatda - biri canlı bomba olmaqla 19 adam nəzarətə alındı.
Qaziantəpdə, polisin bir aydır təqib etdiyi və günorta vaxtı ünvanını təyin etdiyi IŞİD terrorçularının müəyyənləşdiyi hücrə evinə təşkil edilən əməliyyatda, 'canlı bomba' terrorçu üzərindəki intihar bombasını partladıb. Hadisə zamanı, əməliyyatı aparan Xüsusi Hərəkat timindəki 3 polis şəhid oldu, 5 polis və 4 suriyalı yaralanıb. Bir canlı bombaçı isə sağ ələ keçirilib. Terrorçunun 2 uşağı və həyat yoldaşı da yaxalanıb.