SOS: "Bəzi ailələr qızlarının olmasını istəmirlər" - Gender balansı pozulur
10:03 23.10.2018
Arxiv
601
Xəbər verdiyimiz kimi, BMT-nin Əhali Fondunun baş müşaviri Fərid Babayev Azərbaycanda valideynlərin mütləq şəkildə oğul övladına sahib olmaq istəyini növbəti dəfə gündəmə gətirib. O qeyd edib ki, məlum tendensiya gələcəkdə əhalinin ümumi strukturu və dinamikası baxımından çox xoşagəlməz nəticələrə səbəb ola bilər:
"Uşaqların cinsinə görə seçimi problemi Fondu çox narahat edir. Əvvəllər yalnız Cənub-Şərqi Asiyada müşahidə edilən bu fenomen artıq ölkəmiz də daxil olmaqla bütün Cənubi Qafqaz və Şərqi Avropanın bir sıra ölkələrində də özünü biruzə verməkdədir. Fond rəhbəri bildirir ki, kişilərin sayının həddən artıq çoxalması onların ailə qurmaq üçün partnyor tapa bilməməsi, eyni zamanda ölkədə zorakı davranış hallarının geniş yayılması nəticəsində ümumi kriminogen durumun daha da ağırlaşması, gəlinqaçırma, erkən nikah, insan alveri və s. bu kimi bir sıra mənfi hallarla sıx şəkildə əlaqəlidir".
Baş müşavirin təşəbbüsünü müsbət dəyərləndirən "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova "Sherg.az”a bildirib ki, ölkədə gender bərabərliyi ilə bağlı balansının pozulmasına görə, narahat olan tək bu qurum deyil:
"Səhiyyə Nazirliyindən tutmuş bir çox təşkilatlar və qurumlar həyəcan təbili çalıb. Bu xoşagəlməz vəziyyətin nəticəsi yalnız kişilərə gələcəkdə evlənmək üçün partnyor tapa bilməməsi ilə bitmir. İnsanlar belə addımlar atarsa, gələcəkdə demoqrafik böhran yaşaya bilərik. Hər zaman səhiyyə işçiləri tərəfindən dünyaya göz açan uşaqların statistikasında oğlanların çox olması açıqlansa da, amma gələcəkdə heç bir arzuolunmaz hal yaşanmayıb.
Çünki dünyada müəyyən səbəblərdən dolayı daha çox kişilər həyatını itirir. Bu kimi faktorlarla yanaşı dövlət tərəfindən də bu məsələnin tənzimlənməsi üçün əsaslı işlər gedir. Hətta son illər bu sahədə müəyyən sabitlik müşahidə olunur. Onu da diqqətə çatdırım ki, sosial şəbəkələrdə daha çox qız övladı istəyən ataların, anaların sayı kifayət qədərdir. Bəzən gender bərabərliyində insanlar kişinin yox, qadının əxlaqi durumunu daha çox göz önünə gətirir. Nə qədər ki, qadınlar zəif məxluq kimi görüləcək, həmin vaxta qədər də bu tendensiya davam edəcək. Məncə, bu məsələni nəzərə alaraq qadınların stimullaşdırılması, onlara verilən dəyərin artırılması, xanımlara qarşı münasibətin dəyişməsi üçün ciddi işlər görülməlidir".
M.Zeynalova hesab edir ki, bəzi xarici ölkələrlə müqayisədə Azərbaycanda qadına qoyulan hörmət, diqqət hələ saxlanılır:
"Bundan əlavə, bəzi ailələr qızları olduqda onun başına gələcəkdə nələrin gələ biləcəyini fikirləşərək qızlarının olmasını istəmirlər. Bu bir növ "Alisa sindromu"na bənzər haldır. Alisa balaca uşaq olanda ağlayır. Valideyinləri ağlamasının səbəbini soruşduqda Alisa cavabında bildirir : "Mən böyüyəcəm, uşağım olacaq. O haradansa, yıxılıb öləcək”. İndi bizim bəzi ailələrimizdə də buna bənzər hal yaşanır. Məncə, cəmiyyətdə belə məsələlərin həlli üçün müəyyən təbliğatlar aparılmalıdır. Qadınlara verilən dəyər artırılmalıdır”.
Kənan Eynuroğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Bu ölkələr yeni dünya nizamını qəbul etmirlər
15:55 28.10.2026
Dünya
Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
15:47 28.10.2026
Aktual
Ramiz Mehdiyev AMEA-dan qovuldu
15:07 28.10.2026
Cəmiyyət
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
14:44 28.10.2026
Sosial
Ermənistanda parlamentin keçmiş sədrinin əmlakına həbs qoyulub
14:42 28.10.2026
Region
Rusiya Ermənistana yeni səfir təyin etdi
14:24 28.10.2026
Gündəm
Putin-Tramp-Cinpin görüşü hələ təsdiqlənməyib
14:12 28.10.2026
Gündəm
Paşinyan İranla sərhəd məsələsi üzrə işçi qrupu yaradıb
13:36 28.10.2026
Gündəm
Zelenski: Cinpin, Putin və Tramp dünyanı bölüşdürə bilməz
12:58 28.10.2026
Dünya
Fərman Qurbanlıya nazirlikdə yeni vəzifə verildi
12:55 28.10.2026
Cəmiyyət
DYP elektroskuter istifadəçilərinə müraciət edib
12:26 28.10.2026
Sosial
Yarım santım qocalmışam!
12:17 28.10.2026
Sağlamlıq
Zelenski Kiyevin qışa hazırlığını yetərsiz hesab edir
11:45 28.10.2026
Dünya
Bakıda faciə: 7-ci sinif şagirdi pəncərədən yıxılıb öldü
11:35 28.10.2026
Hadisə