Şri-Lankadakı dəhşətli partlayışlarda ölənlərin sayı 160 nəfərə çatıb




Şri-Lankada Pasxa bayramı zamanı kilsə və otellərdə törədilən partlayışlarda ölənlərin sayı 160 nəfərə çatıb.
ONA-nın xəbərinə görə, bu barədə "News 1ST” portalı məlumat yayıb.

Bundan əvvəl 52 nəfərin öldüyü, 300 nəfərin yaralandığı bildirilib.
Hələlik partlayışlara görə hər hansı qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.