Stalin qurbanlarının meyitləri üzərində açılan restoran etirazlara səbəb oldu
15:16 26.03.2019
Arxiv
579
Belarusda paytaxt Minskdən şimalda yerləşən Kuropat meşəsində vaxtilə Stalinin göstərişilə onminlərlə insan güllələnib. Keçən yay həmin yerdə böyük bir restoran açılıb, adı da belədir: "Gedək yeyək”. İnsan haqlarını müdafiə edən fəallar xeyli vaxtdır ki, buna etiraz edərək, orada güllələnən şəxslərin xatirəsinə hörmət tələb edirlər.
Bizimyol.info xəbər verir ki, restoranın arxasındakı təpəlikdə meşənin içində üzərində xaçlar olan məzar daşları görünür. Hüquq müdafiəçisi Pavel Severintsin sözlərinə görə, orada 510 "qardaşlıq məzarı” var. Amma bu məzarlarda nə qədər adamın dəfn olunduğu bilinmir: "Rəsmi rəqəmlərdə 30 min insandan söhbət gedir. Amma araşdırmalar bu rəqəmin dəfələrlə çox oduğunu göstərir. 1937-1941-ci illər ərzində sovet xüsusi xidmət orqanları təxminən 250 min insanı öldürüb basdırıblar”.
Ümumiyyətlə, insan haqları fəalları 30 ildir ki, kütləvi qətllərin törədildiyi həmin ərazidə repressiya qurbanları üçün xatirə kompleksi salınmasını tələb edir. Amma hökumət bunun əvəzinə 2002-ci ildə dairəvi yolu genişləndirərək, altı zolağa çatdırıb. Nəticədə meşənin bir hissəsi yolla birləşib.
Maraqlıdır ki, sözügedən restoranın saytındakı reklamda müştərilər ora gəlib, "ruhi rahatlıq” tapmağa çağrılır. Qarşı çıxanlar isə bu obyekti "meyitlər üzərində restoran” adlandırırlar. Az qala, hər gün qeyri-hökumət təşkilatlarının, müxtəlif partiyaların nümayəndələri, gənclər təşkilatının fəalları restoranın qarşısında etiraz aksiyası keçirirlər.
Restoranın sahibi Leonid Zaydes etirazçılara deyib ki, obyektə aid tikililərdən birində repressiya qurbanlarının xatirəsinə muzey yaratmağa hazırdır. Lakin aksiya iştirakçıları razılaşmayıblar: "Bu necə olsun, bir tərəfdə kütləvi güllələnmənin qurbanları, şüşənin o biri tərəfində aradən içilən araqlar…”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: "ABŞ İranla bağlı qərarını tezliklə verəcək"
23:38 13.10.2026
Aktual
"Qarabağ" "Sabah"ı təbrik etdi
23:19 13.10.2026
Futbol
Trampdan husilərə xəbərdarlıq: "Mən bunu heç vaxt unutmayacağam"
23:00 13.10.2026
Dünya
Netanyahu Trampla İrana hücumların bərpasını müzakirə etdi
22:20 13.10.2026
Gündəm
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
22:02 13.10.2026
Futbol
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət