Strasburqda “Azərbaycan Ədəbiyyatı Antologiyası” kitabının təqdimatı olub
15:28 24.03.2019
Arxiv
615
Azərbaycan Dövlət Tərcümə Mərkəzinin Azərbaycan ədəbiyyatının dünyada tanıdılması və təbliği çərçivəsində ərsəyə gətirdiyi "Azərbaycan Ədəbiyyatı Antologiyası” kitabının Strasburqda təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Strasburqun mərkəzi "Kleber” kitab evində təşkil olunan tədbirdə tanınmış elm, siyasət, ədəbiyyat adamları, Avropa institutları, eləcə də Avropa Məhkəməsinin əməkdaşları, jurnalistlər və yerli ictimaiyyət nümayəndələri iştirak ediblər.
Fransada fəaliyyət göstərən "Kapaz” nəşriyyat evi tərəfindən tərcümə və nəşr edilmiş "Azərbaycan Ədəbiyyatı Antologiyası” kitabında XIX-XXI əsr Azərbaycan yazıçılarının hekayələri yer alıb.
Moderator Tyeri Edmond tədbir haqqında məlumat verdikdən sonra Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəliyinin rəhbəri səfir Fəxrəddin İsmayılov çıxış edib. Səfir Azərbaycan Dövlət Tərcümə Mərkəzi və "Kapaz” nəşriyyat evinin sıx əməkdaşlığının məhsulu olan "Azərbaycan Ədəbiyyatı Antologiyası” kitabının Fransada nəşrini təqdir edib və bu kitabın Avropada xalqımızın zəngin mədəniyyətinə açılan bir pəncərə olduğunu bildirib.
Azərbaycan Dövlət Tərcümə Mərkəzinin idarə heyətinin sədri Afaq Məsud mərkəzin yaradılması və fəaliyyəti haqqında qısa məlumat verərək, ədəbiyyatın ali missiyasından - ayrı-ayrı irqləri və millətləri təmsil edən dünya xalqlarının, əslində eyni ağrıların və sevgilərin daşıyıcısı olmasından, bədii ədəbiyyatın tarixboyu bu qədim və əzəli doğmalığı dünya fikir müstəvisində yaşatmasından söz açıb, Azərbaycan dövlətinin, eləcə də Heydər Əliyev Fondunun milli ədəbiyyatımızın dünyada təşviqinə göstərdiyi qayğı və diqqəti vurğulayıb.
Sonra Strasburq Universitetinin Türk Araşdırmaları Departamentinin direktoru, professor Stefan dö Tapia Azərbaycanın yerləşdiyi coğrafi ərazi, keçdiyi tarixi yol, daşıyıcısı olduğu mədəniyyət və mənsub olduğu dil qrupu haqqında məlumat verib.
Strasburq Universitetinin Dillər fakültəsinin dekanı, professor Jan-Pol Meyer kitaba daxil edilmiş əsərlərdən söz açaraq, fikirlərini bölüşüb. O, kitabda yer almış hekayələrin əsas mövzularına diqqəti çəkərək, Mir Cəlalın "Dissertasiya” hekayəsindən bir parça səsləndirib.
Tanınmış fransız yazıçı Mişel Kop xüsusilə onu təsirləndirmiş hekayələr və onların süjetləri haqqında danışaraq, A.Məsudun "Dovşanın ölümü” hekayəsini auditoriya üçün səsləndirib.
Fransada fəaliyyət göstərən "Kapaz” nəşriyyat evi adından çıxış edən Nicat Kazımov, Dilbadi Qasımov, Jan Emmanuel Medina, nəşriyyatın rəhbəri Albert Vak nəşriyyat evinin fəaliyyəti haqqında ətraflı məlumat verib və perspektivlər haqqında düşüncələrini bölüşüblər.
Sonda tədbirə qoşulan kitabsevərlərin sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, yaxın zamanlarda XIX əsrdən bu günədək ədəbiyyatımızın nümunələrini əks etdirən "Azərbaycan Ədəbiyyatı Antologiyası” kitabını Fransanın regionlarındakı kitabxanalarda, eləcə də internet vasitəsi ilə əldə etmək mümkün olacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dünyanın 5 ən təhlükəli boğazı - Onlar bağlansa nə baş verər?
04:14 22.05.2026
Dünya
Ayaqlarınız daim üşüyürsə, bunları yeyin - Canan Karataydan
03:33 22.05.2026
Sağlamlıq
Tan Taşçı saxlanıldı
02:54 22.05.2026
Şou
Əfqanıstanda qızlar üçün nikah yaşı aşağı salınıb
02:22 22.05.2026
Dünya
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
00:19 22.05.2026
İnfrastruktur
"Fox News": Amerikalıların 60%-dən çoxu İranla müharibəyə qarşıdır
23:30 21.05.2026
Dünya
Yeni MMA liqası təşkil ediləcək
23:11 21.05.2026
İdman
Əli Əsədov Türkmənistana səfər edib
22:06 21.05.2026
Siyasət
ABŞ Prezidenti: İranın uran ehtiyatını məhv edəcəyik
20:55 21.05.2026
Dünya
Avropa Liqasında mövsümün ən yaxşı futbolçusu müəyyənləşdi
20:31 21.05.2026
Dünya
Rubio: İranla danışıqlarda müəyyən irəliləyiş əldə olunub
20:19 21.05.2026
Region
Leyla Əliyeva Esvatini Kralı III Msvatini ilə görüşüb
20:06 21.05.2026
Gündəm
Ekspert Minidiçin Zelenskini niyə məhkəməyə verdiyini açıqlayıb
19:52 21.05.2026
Dünya
İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
19:19 21.05.2026
Rəsmi